Efiopiyada həbsxanada yanğın olub, 23 məhbus ölüb, 9-u yaralanıb

Efiopiyada həbsxanada yanğın olub, 23 məhbus ölüb, 9-u yaralanıb

Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki həbsxanada baş verən yanğın nəticəsində azı 23 nəfər ölüb, 9 məhbus isə yanıq xəsarətləri alıb.

 "France press"ə istinadən xəbər verilir ki, bu haqda Efiopiya hökuməti məlumat yayıb.

Məlumata görə, 21 məhbus yanğının tüstüsündən boğularaq, yaxud izdiham nəticəsində həyatını itirib, iki nəfər isə həbsxanadan qaçmağa cəhd edərəkən, öldürülüb.

Yaralılara tibbi yardım göstərilib. Xəbərdə bildirilib ki, məhbuslar həbsxananın başqa binasına köçürülüb.

Yanğın baş vermə səbəbi məlum deyil. (report) /

Google+ WhatsApp ok.ru