Ehsan Zahidov: ‘Tibbi maska taxmayan şəxslərə cərimə tədbiq olunmur’ - YENİNLƏNİB

Ehsan Zahidov: ‘Tibbi maska taxmayan şəxslərə cərimə tədbiq olunmur’ - YENİNLƏNİB

Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
 
 Maide.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: “Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır.
 
Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.
 
***
Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər cərimə ediləcəklər.
 
Maide.Az xəbər verir ki, bu barədə "Report"a Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov məlumat verib.
 
"Paytaxt sakinlərimizdən xahiş və tələb edirəm ki, qoruyucu maskalardan istifadə etsinlər. Çünki ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək. İnzibati cərimə tətbiq etmiş vətəndaşlar təkrar qaydaları pozduğu halda inzibati həbs tətbiq olunacaq. Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir", - o bildirib.

Google+ WhatsApp ok.ru