Ehtiyat hissələri: Köhnəsi təzədən bahadır - VİDEO

Ehtiyat hissələri: Köhnəsi təzədən bahadır - VİDEO

Sürücülərin "ölüxana" kimi tanıdığı işlənmiş ehtiyat hissələrinin satıldığı bazarlarda qiymətlər o qədər yüksəkdir ki, hətta orada xərcələnən pula eyni ehtiyat hissəsinin təzəsini də almaq olar. Necə deyərlər, köhnəsi təzədən bahadır. Burada çalışanlar bu hissələrin orginal və uzunömürlü olduğunu deyir. Təzə ehtiyat hissələri satanlar isə yeni məhsulların heç də onlardan geri qalmadığını bildirir.
 
Son illər ölkəmizdə sürücülərin "ölüxana" kimi tanıdığu avtomobillər üçün işlənmiş ehtiyat hissələri bazarında qiymətlər o qədər bahalaşıb ki, hətta ondan daha aşağı qiymətə təzə ehtiyat hissəsi almaq olur.
 
İşlənmiş ehtiyat hissələri bazarında çalışanlar isə satdıqları detalların original olduqu üçün baha qiymətə təklif edildiyini bildirirlər. Ustalar da original ehtiyat hissələrinə üstünlük verirlər. Sürücülərin isə bu mövzuda fikirləri müxtəlifdir.
 
Avtomobildəki bütün filtirlər, taksometr, rezin detlların işlənmiş alınması məsləhət görülmür. Çünki bu hissələr zaman keçdikcə öz funksiyasını itirir.
 
Satıcılar bildirir ki, təzə ehtiyat hissələrindən Tayvan istehsalı olanlar orijinalına daha yaxın olur və özünü doğrultmuş mallardır. Amma modelin öz zavodu tərəfindən istehsal edilən təzə ehtiyat hissələri baha oluğundan, alıcısı da az olur.

Google+ WhatsApp ok.ru