Ehud Barak haqqında Qəzza karvanına hücuma görə cinayət işi açılıb

İşğalçı Sionist rejiminin eks-baş naziri,çoxlu cinayətlərə imza atmış Ehud Barak haqqında İsrail komandoları tərəfindən 2010-cu ildə Türkiyənin Mavi Mərmərə gəmisinə qanlı hücum həyata keçirməsi ilə bağlı ABŞ-da cinayət işi açılıb.
Maide.az xəbər verir ki, Qəzzada mühasirəni qırmaq üçün azad sularda hərəkət edən bu sülh karvanı işğalçı İsrail rejim qüvvələrinin hücumuna məruz qalıb. Hücum nəticəsində 9 hüquq müdafiəçisi həlak olmuşdu və 50 nəfər isə yaralanmışdı. 
 Bu hadisə nəticəsində həyatını itirən türk əsilli Amerika vətəndaşı 19 yaşlı Fərğan Doğanın valideynləri 16 oktyabrda Ehud Baraka qarşı şikayət ərizəsi ilə Los Ancelesdəki Federal məhkəməyə müraciət edib.
Doğanın valideynləri övladlarının qanunsuz həlak edildiyini və bunun bir növ işkəncə olduğuunu deyiblər./
 

Google+ WhatsApp ok.ru