Ekologiyaya ziyan vuran ən təhlükəli cihazlar bəlli olub

Ekologiyaya ziyan vuran ən təhlükəli cihazlar bəlli olub

“Greenpeace” beynəlxalq ekoloji təşkilatının məlumatına görə, “Apple”, “Samsung” və “LG” şirkətlərinin məhsulları “Dell” və “HP” məhsulları ilə müqayisədə təbiətə böyük ziyan vurur.
 
Maide.İnfo “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislər 17 tanınmış istehsalçının 40-dan çox müxtəlif cihazını (smartfon, planşet kompüterlər və noutbuklar) təhlil ediblər. Vurulan ziyanın qiymətləndirilməsi zamanı 4 parametrdən istifadə edilib: displeyin dəyişdirilməsi imkanı, akkumulyatorun dəyişdirilməsi imkanı, təmir üçün xüsusi alətlərin mövcudluğu və ehtiyat hissələrin əlçatanlığı. Nəticədə hər bir cihaz 10 ballıq şkala üzrə qiymətləndirilib.
 
Çıxarılıb taxılan batareyaya malik “Fairphone2” (10 bal) ətraf mühit üçün ən təhlükəsiz smartfon elan edilib. Bu smartfonda texniki nasazlıqların əksəriyyəti ev şəraitində aradan qaldırıla bilər. “LG G4”, “LG GS” və “Xiaomi Redmi 4” smartfonları 8 balla qiymətləndirilib. “Samsung Galaxy S7” və “Samsung Galaxy S7 edge” smartfonları ən aşağı nəticə göstərib.
 
“HP Elite x2 1012 G1” planşet kompüteri ən yüksək bal toplayıb, “iPad 5”, “iPad Pro” (2 bal) və “Microsoft Surface Pro 5” cihazları isə ən aşağı nəticə göstəriblər.
 
“Dell Latitude E5270” və “HP EliteBook 840 G3” noutbukları ən davamlı və təmirə yararlı elan edilib. “Microsoft Surface Book”, 13 düymlük diaqonala malik “Apple MacBook Pro” və 2017-ci ilin buraxılışı olan “Apple Retina MacBook” modelləri isə ekologiyaya böyük ziyan vurur. /

Google+ WhatsApp ok.ru