Ekspert: 2070-ci ildə `İslam` dünyada ən çox yayılmış din olacaq

Ekspert: 2070-ci ildə `İslam` dünyada ən çox yayılmış din olacaq

 
Dünyanın ən sürətlə inkişaf edən dini kimi islam 2070-ci ilə qədər xristanlığa nisbətdə Yer kürəsində ən çox yayılmış din olacaq.  
 
Maide.Az  islam-today.ru saytına istinadən xəbər verir ki, bu fikirlər tarix elmləri namizədi, Rusiya beynəlxalq əlaqələr şurasının baş direktoru Andrey Kortunov deyib.
 
 
Hazırda xristianlıq dünyada ən çox yayılmış dindir. Bu dinə dünyada 2,2 milyard nəfər inanır. İkinci yerdə islam dini dayanır. Bu dinə 1,6 milyard nəfər sitayiş edir. Üçüncü isə indiuizm dinidir. Ardıcıllarının sayı təxminən 1 milyard nəfər təşkil edir. 
 
Lakin, ekspertin proqnozlarına görə, artıq 2050-ci ildə müsəlmanların sayı 2,8 milyard nəfərə çatacaq. Bu zaman xristianlar təxminən 2,9 milyard olacaq.  20 il sonra isə islam dünyada ardıcıllarının sayına görə üstün olan olacaq.
 
 
Maraqlıdır ki, eyni proqnoza əsasən, bu əsrin ortalarında, Böyük Britaniya, Fransa, Hollandiya, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə xristianlar üstünlük təşkil edəcəklər.

Google+ WhatsApp ok.ru