Ekspert: “Torpaq sahələri bahalaşacaq”

“Bakıda alıcıların bir sotu üçün 1 milyon verməyə hazır olduqları torpaq sahələri var, amma ümumilikdə şəhərin mərkəzində torpağın sotu 500 min manatadır: Nizami küçəsi (keçmiş Torqovi) və ona yaxın rayonlarda, eləcə də Gənclik metrosu yaxınlığında.
 
Ümumilikdə isə şəhərin mərkəz sahəsində 1 sotun qiyməti 250 min manatdır”.
 
Bu barədə “MBA Consulting” şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
 
Ekspertin sözlərinə görə, rayonlarda isə torpaq sahələrinin qiyməti 1 mindən 6 minə qədər dəyişir.
 
“Torpağın sotunun qiyməti bütün sənədləri ilə bərabər 3200 manat, sənədlərsiz isə sənədlərsiz isə sotu 500 manata da almaq olar”.
 
Torpaq bazarını nə gözləyir sualına cavab verən ekspertcavab verib ki, torpaq bahalaşacaq, çünki tələbat artır.
 
Bu isə ilkin olaraq keçmiş Sovetski küçəsinin köçməsi ilə əlaqədardır.
 
“Sovetski küçəsinin sakinləri köçdükləri zaman aldıqları təzminat, elə yaşadıqları rayonda ev almaq üçün kifayət etmir. Bu səbəbdən də onlar şəhərdən kənara çıxmalı olurlar. Onlara torpaq sahəsi alıb, ev tikmək daha sərfəlidir. Bu onlara daha ucuz başa gəlir 50-60 min manat bunun üçün yetərlidir. Bir ailəyə verilən təzminat təxminən 60-80 min manatdan ibarətdir və onlar bu məbləğ çərçivəsində hərəkət etməyə çalışırlar”.
 
N.İbrahimovun oxu.az-a dediyinə görə, bu ilin əvvəlində məhz torpaq sahələrinin qiymətinin artması müşahidə edilib.
 
“Nə 2013, nə də 2012-ci ildə torpaq sahələrinin qiymətində artım müşahidə edilməmişdi. Həmin illərdə yaşayış fondunda və kommersya əmlakında artım olmuşdu, amma torpaq sahələrində artım yox idi. Bu il isə artım müşahidə edildi. İnsanlar kütləvi şəkildə torpaq sahələri alır ki, ev tiksin, elə həmin an kəskin şəkildə torpaq sahələrinin qiymətləri artdı.
 
Çox güman ki, gələn il bu tendensiya davam edəcək, axı gələcəkdə Bakıda başqa rayonların sökülməsi nəzərdə tutulub: Kubinka, Xutor və s. Torpaq sahəsi getdikcə bahalaşacaq, çünki ona olan tələbat artacaq, - ekspert yekunlaşdırıb.

Google+ WhatsApp ok.ru