Ekspert: “FHN-in axtarış aparma ilə bağlı ixtisaslaşmış mütəxəssisləri yoxdur”

Ekspert: “FHN-in axtarış aparma ilə bağlı ixtisaslaşmış mütəxəssisləri yoxdur”

"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışları davam edir. Bu barədə hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib. "Saat 09:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları davam edir. Axtarışlar nəticə verməyib. Yalnız bir neftçinin - Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti ötən gün tapılıb və aidiyyatı üzrə təhvil verilib. Axtarışlar həm gəmi, həm də helikopterlərlə davam etdirilir", - deyə məsul şəxs bildirib.
 
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, dünən axşam axtarışları hava şəraitini bəhanə edib saxlayıblar: “Dənizdə dalğanın hündürlüyü 1,5 metr olduqda axtarışlar çox çətin olur. Amma bu an dənizdə dalğanın hündürlüyünün nə qədər olması ilə bağlı dəqiq məlumatım yoxdur. Verilən məlumata görə, dünən axşam hava şəraitini bəhanə edib axtarışları saxlayıblar. Bu gün yenidən axtarışlara başlayıblar. Amma neftçilərin tapılmasına o qədər də ümidli deyiləm. Hər an onların tapılma ehtimalı faizi aşağı düşür. Təəssüf ki, neftçilərin sağ qalma ehtimalı ümumiyyətlə sıfıra bərabərdir. Dünən külək dəyişkən istiqamətli olub. Eyni zamanda havanın da kəskin soyuq olması onların yaşama ehtimallarını daha da aşağı salır. Azərbaycanda neftçilərə verilən geyimlər heç də bu soyuqluq üçün nəzərdə tutulmur. Bu baxımdan onların tapılma ehtimalları çox aşağıdır. Amma onların axtarışının dayandırlması mümkün deyil. Çünki, ölkə başçısı özü bu məsələ ilə bağlı fərman verib. Axtarış aparanların durumları və təcrübələri bu axtarışların faydasız olacağını deməyə əsas verir. Ötən il baş verən faciədə tapılan neftçilərin əksəriyyəti təsadüfən tapılıblar. FHN bu sahədə təcrübəyə malik deyil, ixtisaslaşmış mütəxəssisləri yoxdur. ARDNŞ-ın öz gəmiləri belə yoxdur, kiçik gəmiləri saatı 8 min manata icarəyə götürür. Bu işə 15-ə yaxın gəmi cəlb edilib. Bu gün yalnız helikopterlər vasitəsi ilə axtarışlar nəticə verə bilər”.(deyerler)
 

Google+ WhatsApp ok.ru