Ekspert: ‘Problemli kreditər yenə başını qaldıracaq’

Ekspert: ‘Problemli kreditər yenə başını qaldıracaq’

2018-ci ildə məhkəmə icra məmurlarının icraatında olan 872 833 işindən 536 732-i kredit borclarını əhatə edib.
 
Bu barədə Fintex maliyyə və texnologiyalar sammiti çərçivəsində keçirilən paneldə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin qrup rəhbəri Tural Məmmədov deyib.
 
Nazirliyin rəsmisinin sözlərinə görə, bu icraatda olan işlərinn 60%-dir.
 
İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, bank və vətəndaş olan problemlər doğrudan da məhkəmə yükünü dəfələrlə artırmışdır. Bundan əlavə məhkəmələr həmin işlərdə "ştamp", yəni vətəndaşların xeyrinə olmayan qərarlar verirlər. "Prezidentin 10 min dollara qədər problemli kreditlərin restukturizasiyası barədə fərmanın verildikdən sonra bu işlərin böyük əksəriyyəti məhkəmələrdən geri çəkildi. Amma sözügedən fərman heç də vətəndaşların hamısına aid edilməyib. Həmin işlər üzrə problemlər qalacaq və davam edəcək".
 
İqtisadşı deyir ki, 2015 və 2016-cı illərin devalvasiyadan dəymiş zərərin tamamının aradan qaldırılması üçün addımlar atılmalı idi. "Devalvasiya barədə qərarı hökümət inzibati qaydada vermişdi. Bu qərar inzibati olduğu üçün məsuliyyət rəsmi strukturlar daşımalıdılar. 10 min dollardan yuxarı kreditləri olan vətəndaşlar və kredit borcları olan biznes strukturlar buna görə məsuliyyət daşımamalıdır. Təəssüf ki, bu problem kökündən həll olunmadı və bir müddət sonra yenidən başını qaldıracaq, məhkəmələrin yükü gələcəkdə yenə artacaq".
 
Cəfərli qeyd edir ki, devalvasiyadan sonra götürülmüş kreditləri də problemli hesab etmək olar. "Çünki kredit faizləri çox yüksək olduğundan götürülmüş kreditlər bir müddət sonra problemli kreditlərə çevrilir. Gələcəkdə onlar da gündəmə gələcək, yenidən məhkəmə çəkişmələr olacaq və hər şey təkrarlanacaq"
 
Ekspert yaranmış vəziyyətdən çıxış yolu kimi dövlətin problemli kreditlər məsələsini kökündən həll etməsini, yəni 10 min dollardan çox olan vətəndaşlara və biznes qurumlara da devalvasiyadan dəymiş ziyan ödənilməlidir. "Həmçinin dövlət elə şərait yaratmalıdır ki, kredit faizlərin aşağı düşməsi üçün zəmin hazırlanmalıdır. Bunu üçün xarici banklar ölkəyə buraxılmalıdır ki, rəqabətli mühit olsun, uçot dərəcəsi aşağı salınması vasitəsilə Mərkəzi Bankın kommersiya banklarına daha aşağı faizlə kredit verməsini saxlaya bilər və bununla da problemli kredit məsələsini dolayısı ilə həll etmiş olacaq".
 
Xatırladaq ki. fevralın 28-i prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərman banklara 10 min dollardan az borcu olan vətəndaşlara şamil olunub.
 

Google+ WhatsApp ok.ru