Ekspert: ‘Koronavirusdan ən ağır zərbəni bu sektor alacaq ’

Ekspert: ‘Koronavirusdan ən ağır zərbəni bu sektor alacaq ’

“Müsavat. com”da  dərc olunan “Koronavirusdan ən ağır zərbəni bu sektor alacaq” sərlövhəli məqalədə müəllif xidmət sahəsinin vəziyyəti barədə iqtisadçı-ekspert Rövşən Ağayevlə söhbətləşir.
 
R.Ağayevin fikrincə, koronavirus pandemiyası ilə bağlı Azərbaycanda xidmət sektorunun istehsal sektoru ilə müqayisədə aldığı böyük zərbə təkcə karantin rejiminə məruz qalması ilə bağlı deyil.
 
O hesab edir ki, bir çox xidmət sahələri, xüsusilə də sərnişin nəqliyyatı, turizm, restoran xidmətləri karantin dövründə itirilmiş gəlirlərini bərpa edə bilməyəcəklər.
 
Ekspert deyir ki, xidmət sektorunda hər günün öz qazancı var, odur ki, bu itikiləri bərpa etmək mümkün deyil: “Amma tələb məhdudluğuna görə istehsalı ixtisara düşmüş fabriklər, zavodlar xeyli dərəcədə həmin müştərilərin ödənməmiş tələbini geri qazana biləcəklər. Məsələn, soyuducu, maşın, kompüter ehtiyacı olan, amma bu gün ala bilməyən adam 3 ay sonra imkan düşsə bu tələbatını ödəyə biləcək. Müəyyən mənada tikinti də belədir - evə ehtiyacı olan nə zaman imkan düşsə bunu alasıdır”.
 
İqtisadçı hesab edir ki, əldə olunan nəticə xidmət sektorunun maliyyə sahəsi üçün daha riskli müştəri qrupu olduğunu göstərir, böhran uzanacağı tədqirdə ən çox müflisləşmə və iflaslar xidmət sektorunda olacaq.
 
Ekspert bunu da vurğulayır ki, hazırda əhali kreditləri nəzərə alınmasa, bank sektorunun verdiyi kreditlərin təxminən 30 faizi ticarət və xidmət sektoruna verilib: “Söhbət təxminən 2.5 milyard manatdan gedir. Bunun da 47 faizi dollar, 53 faizi manat kreditləridir”.
 

Google+ WhatsApp ok.ru