Ekspert: Əhali pulunu banklardan çəkir

Ekspert: Əhali pulunu banklardan çəkir

“Müsavat.com” “Əhali pulunu banklardan çəkir” sərlövhəli məqalədə müəllif ölkədə bank-müştəri problemini gündəmin müzakirəsinə daşıyır.
 
Ekspert Şamir Əliyevin fikrincə, bu proses bankların problemlə üzləşməsinə səbəb ola bilər. Onun deməsinə görə, son aylarda Azərbaycanda banklara yatırılan əmanətlərin həcminin azalması prosesi müşahidə olunur və Mərkəzi Bankın (MB) açıqladığı statistik məlumatlara əsasən bu ilin mart ayında əmanətlərin həcmi 5 faiz və ya 443 milyon manata qədər azalıb, azalmanın 421 milyon manatı milli valyutada olan əmanətlərin payına düşüb.
 
Ekspert iddia edir ki, əmanətlərin azalması prosesi aprel ayında da davam edib, xüsusilə MB inzibatçı təyin etdiyi  4 bankın (“Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”) lisenziyasının geri alınması nəticəsində insanların banklara inamının azalması və əmanətlərin geri çəkilməsi prosesinin güclənməsi gözlənilir.
 
S.Əliyev MB istinadən deyir ki, “Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir”, - S.Əliyev MB istinadən bildirir.
 
Ekspertə görə, əmanətlərin geri çəkilməsi prosesi martın əvvəllərində neftin dünya bazar qiymətinin kəskin ucuzlaşması ilə bağlı sürətlənib: “Azalma yalnız əmanətlərlə bağlı deyil, mart ayında hüquqi şəxslərin depozitlərində də ciddi azalma qeydə alınıb”.
 
S.Əliyevin sözlərinə görə, əhali əmanətlərini geri çəkib, onun bir hissəsini dollara çevirib, yenidən banklarda yeləşdirib. Ekspert hesab edir ki, əmanətlərin azalması iyun-iyul aylarında da davam edəcək: “İnsanlarda banklara inam azalır, devalvasiya qorxusu isə əksinə, artır. Onsuz da kreditlərin ödənişində çətinlik yaranıb, əmanətlərin də geri çəkilməsi banklarda çox ciddi problemlərə səbəb ola bilər” deyə eskpert bildirir.
 

Google+ WhatsApp ok.ru