Ekspert: `Dollara tələbat yüksəlir`

Ekspert: `Dollara tələbat yüksəlir`

"Yeni Müsavat" qəzetində "Tanınmış iqtisadçıdan dollar-manat kursu ilə bağlı xəbərdarlıq" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda bildirilir ki, son 5 ayda manat dollara nisbətən dəyər qazanmaqdadır. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.
 
İqtisadçı Vüqar Bayramov isə qəzetə deyib ki, son günlər valyuta bazarında dollara tələb artıb:
"Bu özünü valyuta bazarındakı məzənnədə göstərməkdədir. Əgər əvvəl 100 dollar almaq üçün 169 manat ödəmək lazım idisə, indi bu rəqəm 170 manatdan çoxdur".
 
İqtisadçının fikrincə, bahalaşma azdır, amma bu bahalaşma dollara olan tələbin artmasının göstəricisidir.
 
V.Bayramov hesab edir ki, valyuta bazarında dolların manata nisbətən bahalaşması ilə rəsmi kursun tərs mütənasib olması Mərkəzi Bankın mövcud məzənnə intervalını qorumasının göstəricisidir.
 
Ekspert deyib ki, dollara tələbin artacağı aylardan biri avqust, digəri isə dekabrdır. Avqustda yeni dərs ilinə hazırlıq başlayır:
"Dekabr isə xarici borc öhdəliklərinin ödənilməsi ayıdır. Digər tərəfdən, həmin ayda idxal və xarici səfərlər artır, bu da valyuta bazarında özünü göstərir. Bu baxımdan, avqust və dekabr ayında dollara tələbin artacağını proqnozlaşdırırıq".
 
Ekspertin fikrincə, Mərkəzi Bank manat və ya dolların kəskin bahalanmasında maraqlı deyil.
 
V.Bayramov hesab edir ki, növbəti iki ay, eləcə də dekabr Mərkəzi Banka elə də asan olmayacaq. /

Google+ WhatsApp ok.ru