Ekspert: Elektik enerjisi tarifləri qalxacaq

Ekspert: Elektik enerjisi tarifləri qalxacaq

-- Yaxın iki ildə tarif ən yaxşı halda 33% bahalaşcaq

"Novoye Vremya" qəzetində isə "Güzəşt əsaslı barel qiyməti" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif deyir ki, "Azərişıq" və "Azərsu" şirkətlərində ağır maliyyə durumunun olmasına baxmayaraq, hökumət 2018-ci ildə əhaliyə verilən elektrik və suyun qiymətini qaldırmayacağı bəyanatını səsləndirib.
 
Amma müəllif bunu da deyir ki, ekspertlər bu bəyanatdan tez nəticə çıxarmağa tələsmirlər, çünki bu "güzəşt"in əsasına qoyulan iqtisadi amillər suallar yaradır.
 
Məqalə müəllifi xatırladır ki, qiymətlərin artırılmaması bu iki dövlət şirkətinə gəlirlərini 50% artırmağa mane olmur: "Bu, daha çox ağır maliyyə durumunda olan bu dövlət qurumlarına büdcə dəstəyinə oxşayır və 2018-ci ildə "Azərişıq"a 55 milyon manat, "Azərsu"ya 22 milyon manat subsidiya ayrılacaq". Bunu isə qəzetə ekspert Rövşən Ağayev bildirir.
 
Qiymətlər artırılmadığı halda hər iki şirkətin gəlirlərinin artmasını şərh edən digər ekspert İlham Şaban isə qəzetə deyir ki, burada söhbət hökumətin susduğu hər iki şirkətin iki illik kommunl borclarının ödənilməsindən gedir: "Neftin qiymətinin artması büdcə xərclərini, eləcə də büdcə təşkilatlarının borc haqq-hesabları üzrə xərcləri artırmağa imkan verir"-deyə İ.Şaban bildirib.
 
Müəllif isə hökumətə dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə manatın dəyərdən düşdüyü halda elektrik enerjisi tariflərini saxlaya biləcəyi sualı ilə müraciət edir: "Heç kəsə sirr deyil ki, nikbin proqnozların və hökumətin güzəştə getməsinin əsasında nisbətən yüksələn neft indeksləri durur, zamansa göstərib ki, bu, çox dayanıqsız əsasdır".
 
Müəllif xatırladır ki, manatın devalvasiyasının şiddətli vaxtında elektrik enerjisi iki dəfə bahalaşdı, çünki dolların bahalaşması adı çəkilən hər iki şirkətin xarici tərəfdaşlarına xarici borcları da artırdı.
 
Müəllif isə bu faktdan irəli gələrək və ekspertlərə istinadən deyir ki, növbəti dəfə manat dəyərdən düşdüyü halda tariflər mütləq şəkildə bahalaşacaq: "Yaxın iki ildə tarif ən yaxşı halda 17 qəpiyə qalxacaq və ya daha 33% bahalaşcaq". Bunu isə Energetika Mütəxəssisləri və Mühəndisləri Assosiasiyasının sədri Rəsul Süleymanov qəzetə bildirib.
 
Müəllif deyir ki, buna görə də elekrik enerjisi tarifləri məsələsilə bağlı ilin əvvəlində hökumətin dediyi güzəşt məsələsi şox dayanıqsız pespektivə malikdir.(contact.az)
 

Google+ WhatsApp ok.ru