Ekspert: İl ərzində bankların bağlanması prosesi davam edəcək

Ekspert: İl ərzində bankların bağlanması prosesi davam edəcək

“Yenisabah.az”da isə “İl ərzində bankların bağlanması prosesi davam edəcək“ sərlövhəli məqalədə ekspert Qubad İbadoğlu bunu 4 bankın fəaliyyətinin dayandırılması kimi dəyərləndirir:
 
“Baxmayaraq ki, 13 gün öncə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədəkı çıxışında Azərbaycanda bank sistemi sabit və likviddir deyilsə də Mərkəzi Bank 4 bankın fəaliyyətini dayandırdı. Bununla da fəaliyyəti dayandırılan bankların sayı 17-ə çatdı.
 
Hesab edirəm ki, bu da son deyil, yəqin ki, il ərzində bankların bağlanması və ya birləşməsi prosesi davam edəcək, iqtisadçı ekspert bildirib ki, həmin banklarda 812,5 milyon manat əmanət qalıb, bu gün Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qəbul etdiyi qərarla “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank” ASC-lərə müvəqqəti inzibatçılar təyin olunub. Bu o deməkdir ki, həmin bankların idarə heyəti bu gündən sonra səlahiyyətlərini itirir, ondan sonra ləğv etmə komissiyasının tövsiyəsi əsasında banklar ya bağlana, ya da birləşə bilər. ondan sonra isə bankda olan əmanətlərin geri qaytarılmasına başlanılmalıdır".

Google+ WhatsApp ok.ru