Ekspert orta məktəbi bitirənlərin qorxulu statistikasından yazdı

Ekspert orta məktəbi bitirənlərin qorxulu statistikasından yazdı

Rəsmi məlumata görə, bu il 84 min nəfər şagird 11-ci sinfi başa vurur. 
 
2015-ci ildə bu uşaqlar 9-cu sinfi bitirmişdilər və o zaman onların sayı 108.9 min nəfər olmuşdu. Həmin il bu şagirdlərin 13.9 min nəfəri orta ixtisas və peşə məktəblərinə daxil olmuşdu. Yerdə qalan 95 min nəfərdən 84 min nəfərinin orta məktəbi bitirməsi o deməkdir ki, 11 min nəfər 15 yaşlı gənc natamam orta təhsillə əmək bazarına daxil olur. 
 
Amma statistika bununla bitmir və eyni yaşda uşaqların müəyyən bir hissəsinin isə 9-cu sinfə qədər təhsildən yayınmasını ehtimal etmək üçün müəyyən əsaslar var. Reallıq budur ki, Azərbaycanın təhsil statistikası təhsildənyayınmanı ya tam uçota almır, ya bu məlumatları ictimailəşdirmir. Lakin 2000-ci ildə anadan olan uşaqların sayı (117 min nəfər) və 2015-c ildə 9-cu sinfi bitirən uşaqların sayı (108.9 min nəfər) arasında fərq ibtidai təhsildən başlayaraq natamam orta təhsil pilləsini bitirənədək olan dövrdə təxminən 8 min nəfərdək uşağın təhsildən yayınması faktını ən azı araşdırma üçün diqqətə almanı zəruri edir. Bu azalmada xaricə miqrasiya faktının təsiri istisnadır - çünki rəsmi məlumata görə, son 15 ildə Azərbaycanda 15 yaşadək uşaqların miqrasiya səviyyəsi həm aşağı olub, həm də bu yaşda ölkəyə kənardan gələnlərin sayı gedənlərin sayını kompensasiya edib. Rəsmi statistika 15 yaşa qədər uşaqlar arasında ölüm əmsalının son dərəcə aşağı olduğunu və bu amilin də təsirinin nəzərə alınmayacaq səviyyədə az olduğunu deməyə əsas verir. 
 
Bir sözlə hər il doğulan 110-115 min uşağın təxminən 20 min (17-18%) nəfərinin ibtidai və 9 illik təhsil bazasından əmək bazarına daxil olması yaxşı göstərici deyil. 
 
17-18 yaşlı uşaqların tam orta təhsillə əhatə səviyyəsinin ən azı 90%-ə çatdırılması hökumətin qəbul etdiyii strateji yol xəritəsində insan kapitalının inkişafı ilə bağlı hissədə strateji hədəflərindən biri kimi müəyyən edilməli idi. / İqtisadçı - ekspert Rövşən Ağayev /(faktxeber)
 

Google+ WhatsApp ok.ru