Ekspert: post-koronavirus dövründə avtomobil bazarında aktivlik yaratmaq üçün ən azı 6 ay vaxt lazım olacaq

Ekspert: post-koronavirus dövründə avtomobil bazarında aktivlik yaratmaq üçün ən azı 6 ay vaxt lazım olacaq

“Modern.az”da dərc olunan “Koronavirus Bakının maşın bazarını çökdürdü” sərlövhəli məqalədə isə müəllif pandemiyanın Azərbaycanın maşın satışı bazarındakı vəziyyətə təsirlərini nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı ilə dəyərləndirir. 
 
Ekspert bazarda mövcud mənzərə ilə bağlı deyir ki, hazırda bazarda alqı-satqı olmaması hökm sürür, üstəlik, tətbiq edilən xüsusi karantin rejimi bazara gediş-gəlişi də məhdudlaşdırıb.
 
E.Muradlı ehtimal edir ki, karantin dövrü tez başa çatarsa, bu sahə 30-40 faiz zərərlə vəziyyətdən çıxa bilər: “Amma karantin müddəti uzandıqca, bu sahədə də zərərin miqyasının böyüməsi qaçılmazdır”.
 
Ekspert bu sahənin perspektivi ilə bağlı təxminlərini ifadə edərək deyir ki, post-koronavirus dövründə avtomobil bazarında aktivlik yaratmaq üçün ən azı 6 ay vaxt lazım olacaq.
 
Hazırda bazarda tələbat olmadığından qiymətlərin də endiyini deyən ekspert hətta 20 min manatdan yuxarı qiymətə olan avtomobillər üçün bir nəfər də olsun alıcının müraciət etmədiyini qeyd edir.
 

Google+ WhatsApp ok.ru