Ekspert: İqtisadi fəallığın azalması Azərbaycanın xarici ticarətin kiçilməsinə səbəb olacaq

Ekspert: İqtisadi fəallığın azalması Azərbaycanın xarici ticarətin kiçilməsinə səbəb olacaq

“Azadlıq.info”da  yer alan “Ölkədə ciddi sosial-iqtisadi problemlər qaçılmazdır” sərlövhəli məqalədə isə iqtisadçı-ekspert Rövşən Ağayevin düşüncələrinə yer verilib.
 
R.Ağayev Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və Gürcüstanın iqtisadiyyatındakı narahatlıqların Azərbaycana mümkün təsirləri barədə danışır:
 
“Rusiyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkədə iqtisadi artımı tam dayandırması gözləntisi var. Səbəb aydındır: 2019-cu ildə cari hesablar balansı çərçivəsində ölkəyə daxil olan xarici valyuta kütləsinin tam 60%-i neft-qaz sektorunun payına düşüb. Büdcənin də asılılığı 50%-dən yüksəkdir. Bir tərəfdən də rublun ucuzlaşması idxal hesabına inflyasiyanı sürtələndirməklə ölkədə ciddi bahalanma yaradır. Türkiyə və Gürcüstanın əsas narahatlığı isə turizm sektorunun üzləşdiyi vəziyyətdir. Hər 2 ölkənin cari hesablar balansında, eləcə də bütövlükdə tədiyə balansında tarazlığın təmin edilməsi bilavasitə xidmət ixracına, özəlliklə turizmə bağlıdır”.
 
Ekspertin deməsinə görə, Azərbaycanın aparıcı ticarət tərəfdaşlarında iqtisadi fəallığın azalması, makroiqitsadi volatilliyin artması xarici ticarətin də kiçilməsindən yan ötməyəcək və bu baxımdan Azərbaycan üçün narahatlıq yalnız neft gəlirlərinin deyil, eyni zamanda onsuz da kiçik olan qeyri-neft ixracının da həcminə təsirsiz ötüşməyə bilər.

Google+ WhatsApp ok.ru