Ekspert: Səudiyyə Ərəbistan Hizbullahı `terrorçu` elan etməklə öz sırasını İslam dünyası və Ərəb dünyasından ayırıb

 
Səudiyyə Ərəbistan Hizbullahı "terrorçu" elan etməklə öz sırasını İslam dünyası və Ərəb dünyasından ayırıb. Bu sözləri Maide.az-a açıqlamasında Yaxın Şərq məsələləri üzrə ekspert,tanınmış Türkiyəli  jurnalist Alptekin Dursunoğlu   deyib. 
 
A.Dursunoğlu bildirib ki, indiki vəziyyətdə pul gücünə görə, ola bilsin Səudiyyə Ərəbistan özünü uğur qazanmış kimi görür, lakin bu ölkə bilməldir ki, Hizbullahı " türror qrupu elan etmək" Hizbullahın nə bölgədəki, nə  islam ölklərindəki nüfuzuna  və nə də işinə heç bir təsir göstərməyəcək.
 
Türkiyəli ekspert hesab edir ki,  bu addımı ilə Səudiyyə Ərəbistan özünü ifşa edib.  “Səudiyyə Ərəbistan bu addımı ilə  İsrail ilə iş birliyində olduğunu açıq elan edir."
 
A.Dursunoğlu deyib ki, Səudiyyə Ərəbistanın açıq şəkildə  İsrail ilə müttəfiq olub  İslam dünyasının əleyhinə çalışması, Suriyada və Yəməndə baş verən hadisələrdən məqsədin əslində nə olduğunu açıq şəkildə ortaya qoyur. “Bu ittifaq Suriya və Yəməndə iddia olunan məsələlərin əslində görüntü olduğunu və əsas məqsədin İsraildən qaynaqlandığını ortaya qoyur.”
 
Qeyd edək ki,  Fars Körfəzi Əməkdaşlıq Şurasının 6 ölkəsi ötən gün  işğalçı İsrail rejimi və Suriyada  terrorçu qruplaşmalarla mübarizə aparan Hizbullahı   “terrorçuları dəstəkləyənlər siyahısına” daxil edib.Bu addım Hizbullaha qarşı təzyiqləri daha da artırmaq məqsədi ilə atılıb.
 
A.Dursunoğlu əlavə edib ki, Səudiyyə Ərəbistanın Hizbullahı hədəf alması yeni bir şey deyil, 2006-cı ildə baş verən müharibə zamanıda bu ölkə İsrialin yanında yer aldı, Hizbullahı da macəraçılıqda  günahlandırdı və İsrailin Livanda qələbə qazanması üçün əlindən gələni əsirgəmədi. 
 
Onun sözlərinə görə,  Səudiyyə Ərəbistan və İsrail nümayəndələrinin görüşləri göstərir ki, onlar ortaq düşmənlərə qarşı ortaq  çıxarlarını gözdən keçirirlər./
 
 

Google+ WhatsApp ok.ru