Ekspert: Yeni böhran yaşana bilər

Ekspert: Yeni böhran yaşana bilər

"Müsavat.com" saytında "Yeni böhran yaşana bilər - deputatdan açıqlama" sərlövhəli məqalədə müəllif dünya bazarında neftin qiymətində müşahidə edilən azalmaları deputat Vüqar Bayramovla müzakirə edir.
 
Müəllifin sözlərinə görə, V.Bayramov bildirib ki, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə olunur, belə ki, avqust ayında 1 bareli 45 dollara yaxınlaşan Brent markalı neft indi 42 dollardan ucuz təklif edilir.
 
Onun sözlərinə görə, neftin qiymətindəki azalmalar daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqəlidir.
 
Deputat davam edərək deyir: "Digər tərəfdən, əksər beynəlxalq qurumlar da pandemiyanın ikinci dalğasının olacağı və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 trilyon dollaradək artacağı barədə açıqlamalar verirlər".
 
V.Bayrmovun fikrincə, bu isə ondan xəbər verir ki, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər və deməli, dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma sadəcə böhran öncəsi nisbi sakitlik də ola bilər".
 

Google+ WhatsApp ok.ru