Ekspertdən devalvasiya açıqlaması

Ekspertdən devalvasiya açıqlaması

“Bizimyol.info.az”da  yer alan “Ekspertdən devalvasiya açıqlaması” sərlövhəli məqalədə isə müəllif devalvasiya ehtimalını İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyevlə müzakirə edir.  
 
Ekspertə görə, dünya bazarında neftin qiymətinin ucuzlaşması, Azərbaycanda bəzi bankların ləğvi prosesinə başlanması cəmiyyətdə devalvasiya ilə bağlı müzakirələrə səbəb olub.
 
R.Atakişiyev iddia edir ki, Azərbaycanda devalvasiya şəraiti var, amma dövlət buna getmir, devalvasiyanın iqtisadiyyata yarada biləcək təsirlərinin qarşısını almaq üçün devalvasiya yolunu seçmir. Yeri gəlmişkən, indi manatla bağlı vəziyyət də fərqlidir.
 
Ekspertə görə, dövlət baş verə biləcək risklərlə bağlı maliyyə sahəsində stabilləşdirici siyasət aparır, yəni vəsait çatışmayan sahələrə vəsait xərcləyir: “Bank sektorunda baş verən proseslərin məntiqi odur ki, bank sisteminə xələl gətirə biləcək bankların lisenziyası ləğv edilir. Banklarla bağlı tələblər gücləndirilir ki sistemdə daha sağlam və maliyyə baxmından daha rəqabətqabiliyyətli banklar olsun”.
 

Google+ WhatsApp ok.ru