Ekspert insanı cavanlaşdıran qidaların adını açıqlayıb

Ekspert insanı cavanlaşdıran qidaların adını açıqlayıb

Rusiyalı dietoloq Yelena Solomatina orqanizm üçün ən faydalı bitki qidasının adını açıqlayıb. Bu barədə "Veçernıy Moskva"da məqalə dərc olunub.
 
Mütəxəssisin fikrincə, bədənə müsbət təsir göstərən qidalar siyahısında ilk yerlər giləmeyvələrə - quş üzümü, qarağat və qaragiləyə aiddi.
 
"Bunlar ürək-damar və onkoloji xəstəliklərin qarşısını alır. Bu məhsullar şəkər xəstəliyi üçün  faydalıdır, böyrəkləri stimullaşdırır və görmə qabiliyyətini yaxşılaşdırır", - deyə həkim bəyan edib.
 
O, giləmeyvələrin antioksidant olduğunu, hüceyrələrin bərpasını artırdığını və bunun sayəsində "cavanlaşma effekti" verdiyini qeyd edib. /FaktXeber
 

Google+ WhatsApp ok.ru