Ekspertlər neft qiymətinin aşağı düşməsinin Azərbaycana zərər verəcəyini deyir

"Maliyyə nazirinin neft qiymətləri ilə bağlı açıqlamaları əhali üçün yaxşı siqnaldır. O dedi ki, qiymət 60 dollara belə düşərsə bu heç bir problem yaratmayacaq. Görünür gələn il üçün sosial layihələrdə heç bir ləngimə olmayacaq. Yəni pensiyalar, şəhid ailələri, əlillər və məcburi köçkünlər üçün ödəniləcək vəsaitlərdə heç bir problem olmayacaq".
 
Maide.az xəbvər verir ki, bunu ans-ə açıqlamsında iqtisadçı Oqtay Haqverdiyev söyləyib. O bildirib ki, hələ 2008-ci ildə neftin qiyməti 37 dollara düşmüşdü. Mütəxəssis qeyd edir ki, o zaman büdcə 1,5 milyard dollar yerinə yetirilə bilmədi. Ancaq buna baxmayaraq hökumət qanunla qorunan sosial layihələri ləngitmədi və vəsaitləri bura yönəltdi. Dövlət büdcədəki digər sahələrdə isə azalmaya getdi.
 
İqtisadçı qeyd edir ki, adətən neftin qiyməti proqnoz ediləndə, mövcud vəziyyət nəzərə alınır. 2014-cü il üçün neftin qiyməti 100 dollardan hesablanmışdı, gələn il üçün isə 90 dollar proqnoz edilir: "Bu proqnozlar tanınmış ekspertlər və beynəlxalq təşkilatların rəyləri nəzərə alınaraq müəyyənləşdirilir. Bu proqnoz özünü doğrulda da bilər doğrultmayada bilər. Ola bilsin ki, ilin ortasına neftin qiyməti 110 dollara yüksəlsin. Belə olacağı təqdirdə isə büdcəyə yenidən baxmaq olar. Bu vəziyyət tam əksinə də ola bilər. O zaman isə xərclərin azalmasına gediləcək". 
 
Ekspert bu ilin sonuna kimi neftin qiymətinin 75 dollara kimi azalacağını güman edir. Mütəxəssis neftin qiymətinin azalmasının bazardakı mövcud vəziyyətdən qaynaqlandığını deyir: "Neftin maya dəyəri 15-20 dollaradır. Yanacağın maya dəyərindən yüksək qiymətə satılması tələbatın çox olması ilə əlaqədardır. Bazar iqtisadiyyatı tələb-təklif prinsiplərinə əsaslanır. Hazırda bazarda təklif yetərincə çoxdur, ancaq buna baxmayaraq tələb xeyli azalıb. Belə olan halda isə neftin qiymətinin azalması qaçılmazdır".
 
Bəzi ekspertlərin fikrincə, Avropa ölkələrində iqtisadi vəziyyət ağırlaşır. İş tapmaq və yeni biznes sahələrini yaratmaq artıq çətinləşdiyi üçün ölkələr ixtisarlara getməyə çalışırlar. Qənaət etməyə çalışan dövlətlər təbii olaraq energetika və yanacaq xərclərini də azaldırlar. Artıq Böyük Britaniya baş naziri Devid Kameron ölkənin qarşısında qırmızı işığın yandığını deyir. ABŞ-ın Energetika Nazirliyi də neftin qiymətinin təxminən 50 dollar civarına qədər düşəcəyini ehtimal edir. Dünyada baş verən xarici proseslərin neftin qiymətinə təsir etdiyini deyən mütəxəssislər dünya ölkələrində vəziyyətin nisbətən stabiləşməsinin qiymətlərin azalmasına təkan verəcəyini qeyd edirlər. Bununlıa yanaşı Rusiyaya qarşı sanksiyaların tətbiqi də neft bazarına mənfi təsir edir. İstənilən halda iqtiosadi sanksiyalar qarşı tərəflə yanaşı sanksiyanı tətbi edən ölkələrə də mənfi təsir edir. Yəni, sanksiyaların tətbiqi hər kəsə zərər vurur. 
 
Azərbaycanda isə rəsmilər neftin qiymətinin azalmasının davam edəcəyi ilə bağlı ciddi əsasların olmadığımnı qeyd edirlər. Parlamentin büdcə müzakirələrində istər maliyyə naziri, istər mərkəzi bankın sədri, istərsə də digər hökumət nümayəndələri tərəfindən səslənən fikirlər müsbətdir. Qeyd edilir ki, istənilən halda, neftin qiyməti minimum həddədək azalsa belə bunun heç bir qorxusu yoxdur. Çünki büdcədə nəzərdə tutulan bütün sosial layihələr ləngimədən icra olunacaq.

Google+ WhatsApp ok.ru