`El Clasico`da qalib müəyyənləşmədi (VİDEO)

`El Clasico`da qalib müəyyənləşmədi (VİDEO)

-- Qollar

İspaniya La Liqasının 35-ci turu çərçivəsində "Barselona" klubu "Real Madrid" klubunu qəbul edib.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki,  oyunun 10-cu dəqiqəsində ev sahibi komandası L.Suarezin vurduğu qolla hesabda önə keçib - 1:0. Cəmi 4 dəqiqə sonra qonaqların hücumçusu K.Ronaldu hesabı bərabərləşdirib. Hissəyə əlavə olunmuş dəqiqədə ev sahibinin cinah müdafiəçisi S.Roberto qırmızı vərəqə alaraq meydandan qovulub. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.
 
İkinci hissəyə də ev sahibi fəal başlayaraq artıq 52-ci dəqiqədə L.Messinin qolu ilə hesabda önə keçib. Lakin oyunun 72-ci dəqiqəsində qonaqların hücumçusu Q.Beyl hesabı bərabərləşdirib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
 

Google+ WhatsApp ok.ru