`El-Klassiko`nun vaxtı dəyişdirildi

`El-Klassiko`nun vaxtı dəyişdirildi

 İspaniya La Liqasının 17-ci turunda keçiriləcək "Real" - "Barselona" görüşünün vaxtı dəyişdirilib.
 
Maide.İnfo Qol.az-a istinadən xəbər verir ki, "El-Klassiko" əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 20-i yox, 3 gün sonra – dekabrın 23-də oynanılacaq.
 
Madrid təmsilçisi 6-16 dekabrda klublararası dünya çempionatında iştirak edəcəyi üçün bu qərar verilib. İspaniya Futbol Federasiyası "Real"ın "Barselona" ilə görüşün vaxtının dəyişdirilməsi bağlı istəyini müsbət cavablandırıb.
 
Matçın başlama saatı da artıq müəyyənləşib. "Santyaqo Bernabeu"da keçiriləcək oyuna Bakı vaxtı ilə 16:00-da start veriləcək. /

Google+ WhatsApp ok.ru