Elşən Mustafaoğlunun məhkəməsi təxirə salındı

Elşən Mustafaoğlunun məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi dekabrın 29-na təxirə salınıb
 
Bu barədə FaktXeber.com-a yaxın adamları məlumat verib.
 
Xatırladaq ki, bundan əvvəl hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı E.Mustafaoğlunun 12 il azadlıqdan məhrum edilməsini istəmişdi. 
 
Qeyd edək ki, ilahiyyatçı ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktında onun günahkar olduğunu sübut edən heç bir konkret faktın olmadığını deyib. İlahiyyatçı günahkar olduğunu sübut edən konkret faktlar göstəriləcəyi halda, özünü təqsirli biləcəyini deyib. Onu da bildirək ki, bundan əvvəl məhkəməyə dəvət edilən şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.
 
Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. /

Google+ WhatsApp ok.ru