Eldəniz Quliyevin `İşartı` kitabının təqdimatı keçirilib - FOTO

Eldəniz Quliyevin `İşartı` kitabının təqdimatı keçirilib - FOTO

Ötən gün yazıçı, kinodramaturq Eldəniz Quliyevin "İşartı" kitabının təqdimatı keçirilib.
 
Onun bu  kitabını "işığın fəaliyyəti" kimi də dəyərləndirmək olar. Müəllifin yaratdığı bədii obrazlar sirli- sehrli zaman və məkan içərisində yaşayır, düşünür, mübarizə aparır və bir an olsa belə öz yolundan – sonunda İŞIQ görünən yolundan-izindən çəkilib  sapmır. Bu rəngarəng obrazlar qalereyası dolğun və yetkindirlər, düşündürən, müdrik və yolgöstərəndirlər. Ən əsası oxucu üçün əziz və doğmadırlar. Onlar daim öz mövcudluğunun səbəbini arayır, Allah-Təalanın bəni-insana etdiyi möcüzələrlə dolu bu qəribə qaibanə həyatın mənasını axtarır. Eldəniz Quliyev özü də qəhrəmanları ilə birgə bu suallara cavab tapmaq istədiyini gizlətmir.
 
İnsan yaşadığı dünyanı özü öz varlığı vasitəsilə anlayıb dərk edə bilər. Tək bir İNSAN bütöv bir aləmin proqramı, kodudur. Özünü dərk etmək elə dünyanın dərk edilməsi deməkdir. Və bu fikir ana xətt kimi bütün yazılarda ön plana çəkilir. Sanki oxucu da bu mənəvi-fəlsəfi "podemikada" iştiraka dəvət edir.
 
Ömür ötəri, ölüm əbədi bir axın!.. İnsan hyatı isə bu "əbədi axının" kənarında müvəqqəti bir "dayanacaq". İnsan övladı həmin o "dayanacaqda" hansı ləyaqət, hansı mənəviyyat və hansı əxlaqla dayanacaqsa elə o şəkildə də həmin o "əbədi axına" qovuşacaq…
 
Kitaba daxil edilən hekayət və povestlərdə, kinopovest və məqalələrdə vurğulanan dünyagörüş problemlrindən biri də hər ir insanın öz mənəvi saflığını, ləyaqət hissi və mənliyini ömrü boyu qoruyub saxlamağa borclu olmasıdır. Belə yaşam tərzinə sadəcə alternativ yoxdur. Eniş oxucu kütləsi üçün nəzərdə tutulmuş "İŞARTI" kitabı dünyanın qəribəliklərindən qorxmamağa, həyata geniş və yeni nəzərlərlə baxmağa, saflaşmağa, xeyirxahlığa, nəcib olmağa, ruhən təmizliyə çağırışdır.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru