Eldar Mahmudov Akif Çovdarovun cinayət işi üzrə dindirilməyib

Eldar Mahmudov Akif Çovdarovun cinayət işi üzrə dindirilməyib

 
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun və digərlərinin barəsində olan cinayət işi üzrə şahidlərin siyahısında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı yoxdur.
 
Verilən məlumata görə, bu barədə onun vəkili Kamandar Nəsibov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Vəkil qeyd edib ki, həmin cinayət işi üzrə aparılan istintaq zamanı Eldar Mahmudov ifadə verməyib. K. Nəsibov məhkəmə tərəfindən A. Çovdarovun ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyulduğunu da bildirib. (apa) /

Google+ WhatsApp ok.ru