Eldar Sabiroğlu Siyavuş Novruzova cavab verdi: `O səviyyəyə enmək...`

Sabiq YAP-çı deputat Eldar Sabiroğlu həmin partiyanın icra katibinin müavini Siyavuş Novruzovun onun ünvanına səsləndirdiyi ağır ittihamlara münasibət bildirib.
 
Eldar Sabiroğlu virtualaz.org saytına açıqlamasında vurğulayıb ki, o, bundan sonra da tutduğu mövqedə qalacaq.
 
“Mən Siyavuş Novruzov haqqında heç bir söz demək fikrində deyiləm. Özümü o səviyyəyə endirmək istəmirəm. Mən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqda fikirlərimi demişəm, Siyavuş Novruzov haqda yox” - deyə E.Sabiroğlu bildirdi.
 
Qeyd edək ki, Eldar Sabiroğlunun həmin müsahibəsinə bu gün YAP-ın icra katibinin müavini Siyavuş Novruzovdan cavab gəlib. O, bu gün mətbuata açıqlamasında Eldar Sabiroğlunu xəyanətdə ittiham edib və ünvanına ağır ifadələr işlədib.  /

Google+ WhatsApp ok.ru