Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar `Bakı metropoliteni`nin bütün stansiyalarına giriş bağlanıb 03 İyul 2018 01:00 Ölkə Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi "Bakı metropoliteni" QSC-nin işinə mənfi təsir edib. Maida.Az bildirir ki,"APA-Economics"in məlumatına görə, bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb: "Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədi ilə atılıb. Tədbirlər planına uyğun tədbirlər görülür". Teqlər : #Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar `Bakı metropoliteni`nin bütün stansiyalarına giriş bağlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Bu gün metrodan istifadə edəcək insanlar bu xəbəri mütləq oxusunlar