Elektrik enerjisi kəsildi: ABŞ-da mindən çox uçuş təxirə düşdü

Elektrik enerjisi kəsildi: ABŞ-da mindən çox uçuş təxirə düşdü

-- minlərlə sərnişin hava limanında qalmalı oldu

Dünyanın ən güclü hava limanı kimi tanınan ABŞ-ın Atlanta Hartsfield-Jackson hava limanında elektrik enerjisinin kəsilməsi, çox sayda uçuşu təxirə saldı və minlərlə sərnişinin hava limanında qalmasına səbəb oldu.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Georgia əyalətindəki hava limanın bütün əməliyyatlarına təsir edən, elektrik enerjisinin kəsilməsinə səbəb elektrik enerjisi paylayıcı şirkətin yeraltı qurğularında  yanğın olub. 
 
Atlanta Bələdiyyə Başçısı Kasim Reed, saat 13.00 ərəfəsində kəsilən elektrik enerjisinin bərpa işlərinin gecə yarısına qədər davam edəcəyini və uçuşların normala dönəcəyini bilib.
 
Hava limanında qalan sərnişinlərin problemlərini aradan qaldırmaq üçün əllərindən gələni etdiklərini deyən K.Reed, hava limanının ana elektrik xəttinin ziyan gördüyünü və elektrik enerjisini təmin etmək üçün vaxta ehtiyac olduğunu vurğulayıb. 
 
ABŞ mətbuatının verdiyi məlumata görə, elektrik kəsilməsi səbəbiylə təxminən min uçuş təxirə düşüb. 
 

Google+ WhatsApp ok.ru