Elektrik enerjisinin kəsilməsi Qəzzada sənaye obyektlərinin işinə mənfi təsir göstərir

Elektrik enerjisinin kəsilməsi Qəzzada sənaye obyektlərinin işinə mənfi təsir göstərir

Qəzzada elektrik enerjisinin gündəlik 20 saatdan çox kəsilməsi xalqın çətinliyini hər keçən gün daha da artırır.  

Maide.İnfo “AA”-a istinadən xəbər verir ki, elektrik enerjisinin kəilməsi Qəzzada sənaye obyektlərinin işinə də mənfi təsi göstərir.
 
Belə ki, elektrik enerjisinin kəsilməsinə görə, soyuducuları işləməyən insanlar qida məhsullarını isti yay günlərində saxlamaq üçün buzdan istifadəyə sövq edir. Ancaq buz istehsal edən sexlərdə də elektrik enerjisinin kəsilməsi bölgədə durum daha da ağırlaşır.
 
Xüsusi ilə işğalçı İsrail rejimi Qəzza əhalisinin elektrik enerjisinə olan təlabatını 45 faiz azaltdıqdan sonra bu zolaqda durum daha da ağırlaşaraq pik həddinə çatıb. 
 
Buz istehsal edən sexin rəhbəri Samara el-Bayari "AA"-a müxbirinə deyib ki, gündə 4 saat işığın yanması sexin işi üçün yetərli deyil. “İstehsal etdiyimi buzlarla insanlar ərzaq məhsullarını və balıqları saxlamaq üçün istifadə edir. Sexdə olan bəzi dəszgahlar buz istehsalı üçün ən az 2 saat işləməlidir. Elektrik əldə etmək üçün məcbur oluruq generatorlardan istifadə edək, lakin yanacaq baha olduğu üçün gəlir əldə edə bilmirik”. 
 
Qeyd edək ki, BMT bir neçə gün öncə açıqladığı hesabatda sionist İsrail rejiminin mühasirəsi altında olan Qəzzada mövcud vəziyyətin davam edəcəyi təqdirdə 2020-ci ildən sonra burada yaşamağın mümkün olmayacağını bildirib.
 
Hesabatda Qəzzada ərzaq, sığınacaq, səhiyyə, ictimai xidmətlər və digər sahələrdə ciddi problemlərin yaşandığı, hətta 2020-ci ildən sonra içməli suyun tükənəcəyi vurğulanıb.
 
BMT-dən xəbərdarlıq edilib ki, sioniost rejimi blokadanı qaldırmağa və Fələstin rəhbərliyini lazımi addımlar atmağa çağırıb. Əgər tədbirlər görülməzsə, Qəzzada həyat bitər.
 
Xatırladaq ki, Qəzza zolağının sionist İsrail rejimi tərəfindən mühasirəsi və bu bölgədə aparılan hərbi əməliyyatlar, son illər ərzində Qəzzada sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyəyə çatıb. Bu Fələstin torpaqlarının İsrail rejimi tərəfindən işğalından sonra ən aşağı göstəricidir. 
 
Qəzza zolağının 362 min kvadrat kilometr ərazisi var ki, təqribən 1 milyon 800 min nəfər fələstinli burada yaşayır.   
 
2007-ci ildən sionist rejim bu bölgəni mühasirədə saxlayır. Sionist rejimin mühasirəsi nəticəsində Qəzza əhalisi yaşayış üçün lazım olan sadə imkanlardan, o cümlədən yemək, yanacaq, dərman və tikinti materiallarından belə məhrub edilib. /
 
 
 Gazze'deki elektrik krizi 'buz fabrikalarını' da vurdu

Google+ WhatsApp ok.ru