Elektrik və su xətlərini kəsərək xalqı qorxutmağa çalışırlar

Suriyanın şimal qərbində yerləşən İdlib şəhəri uzun müddətdir ki, içməli su və elektrik sarıdan korluq çəkir.
 
Maide.az xəbər verir ki, bölgə xalqı içməli su fasiləsi üzündən böyük sıxıntılarla üzləşib.
 
Terror təşkilatlarının şəhərə gedən su borularını və bölgənin elektrik stansiyalarını məhv etməsi səbəbindən Suriya dövləti bölgəyə su ilə təmin etmək üçün quyular qazıb. Quyularının çatışmazlığı səbəbilə də bölgəyə su tankerləri göndərilməyə başlanılıb.
 
Xalqı qorxutmaq üçün bir çox yerdə terror təşkilatları tərəfindən tətbiq olunan su və elektrik kəsmə üsulu ilə yanaşı İdlibdə bəzi yollar da bağlanaraq, ərzaq yardımlarının da kəsilməsi məqsədi güdülür.
 
İki həftədən uzun müddətdir ki, susuz və elektriksiz qalan şəhərdə ciddi problemlər yaranıb.
 
Dövlət məhəllələri gəzən su tankerlərindən pulsuz su paylayır, ancaq elektrik problemi hələ həll edilməyib.

Google+ WhatsApp ok.ru