Elektron protokol cərimə üstünə cərimə gətirir - NARAZILIQ

Bakıda yol polisi bir sürücüyə telefonla danışdığına görə fevralın 11-də protokol yazıb, ancaq 1 ay ərzində sistemə düşmədiyi üçün sürücü cəriməni ödəyə bilməyib. Sistemə salınmamağı bir yana, protokola görə cərimənin üzərinə faiz də gəlməyə başlayıb.
 
Ekspertlər bildirir ki, sürücü məsuliyyətli davranıb cəriməni ödəmək istəsə də cərimə sistemə salınmayıbsa məsuliyyət yol polisinin üzərinə düşür.
 
Bəs sistemə düşmədiyi üçün ödənməyən cərimənin artan faizləri necə olacaq? Mütəxəssislər bu situasiyada vətəndaşın heç bir faiz ödəməməli olduğunu deyirlər.
 
Son zamanlar yol polisinin elektron sistemində müşahidə olunan nöqsanlar sistemin yeni inzibati xətalar məcəlləsinə uyğunlaşdırılması ilə əlaqələndirilir. Bununla belə mütəxsislər nöqsanların vətəndaşa ziyan vurmamalı olduğunu qeyd edir.
 
Maide.az   mövzu ilə bağlı videomaterialı təqdim edir: /

Google+ WhatsApp ok.ru