Elektron ticarətin Azərbaycan problemləri

Elektron ticarətin Azərbaycan problemləri

"Exo" qəzetində "Bitcoin-un Azərbaycanda meydana gəlməsi qaçılmazdır" sərlövhəli məqalədə elektron ticarətin Azərbaycanda perspektivi ekspert Əkrəm Həsənovla müzakirə edilir.
 
Ekspert mövzu ilə bağlı qəzetə bunları deyib: "Bitcoin-ə (Bitcoin rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir-AR) tələbat artır. Buna görə də, kriptovalyutanın qiyməti bahalaşır. 2017-ci ildə bitcoin-in məzənnəsinin əhəmiyyətli dərəcədə artacağı müşahidə ediləcək".
 
Ə.Həsənov deyir ki, onlayn mağazalarda alış-veriş, müştəri və əməkdaşlarla haqq-hesablar, investisiya əməliyyatları bitcoin-la baş verir: "Aparıcı maliyyə orqanları dollar, avro və s. kimi valyutaları qeyri-məhdud sayda dövriyyəyə buraxdığı halda elektron pulların həcmi məhdud olaraq qalır. Ona görə də, dollar ekvivalentində bitcoin-in dəyəri artır. Bitcoin-in köməyi ilə tədiyyə əməliyyatlarının həcmi praktiki baxımdan bütün dünyada artır. Bitcoin-in qiyməti bundan sonra da artmaqda davam edəcək".
 
Ə.Həsənov hesab edir ki, kriptovalyuta yaxın zamanlarda Azərbaycanda fəaliyyət göstərə bilməyəcək. Amma buna nail ola bilməkdən ötrü bir sıra işlər yerinə yetirilməlidir: "Başlanğıcda bank sektoru möhkəmləndirilməlidir. Yalnız bundan sonra müasir ödəniş sistemi barədə düşünmək olar. Amma gələcəkdə ölkədə kriptovalyutanın üzə çıxması qaçılmaz olacaq".
 
Ekspertin fikrincə Azərbaycanda iqtisadiyyatın və valyuta rejiminin qeyri-liberallığından irəli gələrək bu proses çox, 15 ilə qədər vaxt aparacaq: "Azərbaycan kriptovalyutanın tətbiqinə hazır deyil. Milli valyutanı hökumət sərt şəkildə tənzimləyir. Bundan əlavə, bizdə informasiya texnologiyaları, xüsusilə müəllif hüquqlarının müdafiəsi sahəsində bir sıra problemlər var". /

Google+ WhatsApp ok.ru