Elçin Manafov: “Biz Fələstin xalqı ilə eyni dərdi yaşadığımız üçün bu dərd hər ikimizə doğmadır”

Azərbaycan İslam Partiyasının (AİP) təşkilatçılığı ilə “Qarabağ və Qüds eyni dərddə” mövzusunda elmi praktik konfrans keçirildi.
 
Partiyanın siyasi məsələlər üzrə sədri Akif Heydərli tədbiri açaraq Qarabağla Qüdsün eyni dərddə olduğunu söylədi və Qüds Gününün tarixi ilə bağlı açıqlama verdi:
 
“Qüds Gününün əsası 1982-ci ildə İmam Xomeyninin təklifi ilə qoyulub. Artıq dünyanın bütün müsəlman xalqları bu Günü azadlıq uğurunda mübarizə günü kimi qeyd edirlər. Bu gün dünyadakı bütün azadlıqsevər insanlar vəhdət şəklində zülmə etiraz edirlər.
 
Bu günün Azərbaycanda da qeyd edilməsi vətənimizin Qarabağ boyda dərdinin vəhdət şəklində xatırlandığı gündür”.
 
A.Heydərli sözü AİP sədri Elçin Manafova verildi. O, bu mövzunun çox önəmli olduğunu bildirdi:
 
“Hər orucluğun axırıncı cüməsində müsəlmanlar Qüds Gününü böyük təntənə ilə qeyd edirlər. Biz zülmə məruz qalan bir xalq kimi, torpaqları işğal edilən, hər cür zülmlə üz-üzə qalan Fələstin xalqının dərdini gözəl dərk edirik. Qüdslə Qarabağ eyni dərddədir. Biz Fələstin xalqı ilə eyni dərdi yaşadığımız üçün bu dərd hər ikimizə doğmadır.
 
Bu gözəl gecədə, qədr gecəsində, həzrəti Əlinin şəhadəti gecəsində biz bu dərdin ətrafında birləşib hamımız birlikdə zülmə birgə etiraz eirik. Fəxr edirəm ki, bu konfransa dəyərli siyasi ictimai xadimlər, gənclər də bizimlə birgə zülmə etiraz olaraq toplaşıblar”.
 
Daha sonra partiya sədri məhbəsdə olan dindarlarla bağlı fikirlərini səsləndirdi: “Bu günki gündə bizim əqidə dostlarımız haqqı dedikləri üçün məhbəs həyatı yaşayırlar”.
 
Nardaran ağsaqqlı AİP-in sabiq sədri Hacıağa Nuriyev ümumdünya Qüds Gününün Azərbaycandakı tarixinə toxundu:
 
“Ümumdünya Qüds Günü Azərbaycan müstəqillik əldə etdiyi gündən keçirilməyə başladı. Bu müqəddəs Gün paytaxtdan tutmuş digər bölgələrə qədər, hər il möhtəşəm şəkildə qeyd edilib.
 
Qüds əslində islam dünyasının, müsəlman torpaqlarının işğalının simvoldur. Nə qədər ki, Qüds azad edilməyib, bütün islam dünyası işğaldadır. Baxın, Qüdsdən sonra Qarabağ işğal edildi və hələ də düşmən tapdağındadır. Az qala Qarabağın işğal tarixi elə Qüdsün işğal tarixinə çata”.
 
Daha sonra o, bütün xalqa öz müraciətini ünvanladı:
 
“Biz fəaliyyətimiz dövründə bu məsələni daim qaldırmışıq. Burdan bəyan edirik ki Azərbaycanın qədirbilən xalqı Quranı qaldırmaqla Qarabağı azad etməyə qadirdir. Amma xalqa bu imkan verilmir. Əgər milli ordumuz bu addımı atarsa mücahidlərimiz də şəhid olmağa hazırdırlar.
 
Ramazan ayında müsəlman ölkə başçılarrı əvf fərmanı imzalayırlar. Həm dövlət başçıları, həm ruhani başçılarımız savaş üçün icazə versələr zindanda olan din alimlərimiz də bu ordunun qabağında düşəmən üstünə gedəcək”.
 
Daha sonra söz verildi şərqşünas alim, politoloq Zərdüşt Əlizadəyə. O, islam aləmindəki bütün problemlərin kökünü islam ölkələrində savadsızlığın tüğyan ettməsi ilə əlaqələndirdi:
 
“Bütün dünyada 14 milyon yəhudi, 1 milyarddan çox müsəlman var. Amma gəlin görək, neçə Nobel mükafatçısı olan müsəlman var. Müsəlmanlar da elmnən məşğul olsa bu problemlərin kökünü kəsmək olar”.
 
DEVAM sədri İlqar İbrahimoğlu isə Qüds Gününü ictimai siyasi əhya adlandırdı:
 
“Bu ayın ən ali dərəcəsi də əhyalardır. Əhyalarda müəyyən müdrikliyə çatan müsəlmanlar tərkidünyalığa üz tutumamalı Ramazanın sonuncu cüməsi Qüds Gününü zülmə etiraz günü kimi yaşamalıdır.  
 
Qüds Günü son əsrlərdə dünyada gedən dini inancı, Allaha etiqadı kənara qoyan dünya sisteminə qarş bir etirazdır.
 
İnsan hüquqlarından danışan mərkəzlər üçün Suriya, Bəhreyin, Liviya yada düşmür. Amma o yerdəki lazım olur dərhal partlayır. Bu əslində liberal düşüncənin fiaskosdur. Biz tamam yeni mərhələyə gəlirik. Qüds günü tövhidin təzzahürüdür.
 
Bu gün Azərbaycan elitası donuz əti yeməsi ilə fəxr edir. Sanki bu xalqın elitası deyil”.
 
Daha sonra o, İslam Partiyasına hər il olduğu kimi bu ildə yüksək səviyədə bu konfransı təşkil etdiklərinə görə təşəkkür etdi.
 
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qüds Gününü islam torpaqlarının azadlığı üçün, müsəlmanalara qarşı zülmə etiraz üçün vəhdət şəklində mübarizə günü adlandrdı.  
 
Qarabağ Azadlığı Uğurunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli dünyada gedən siyasi proseslərin daha çox ədalətsizlik, güclünün gücsüzə zülmü kimi xarakterizə etdi:
 
“Dünyada gedən proseslərdə ancaq gücsüzlərə zülm edilir. Nə qədər əcaib olsa da biz hələ belə bir dünyadan ədalət gözləyirik.
 
 Qüds Günü bu ədalətsizliklərə qarşı etiraz günüdür. Qüds Günü Qarabağ günüdür, Şuşa günüdür, Kosova günüdür, Fələstin gündür. Bu simvolik olaraq seçilmiş addır”.
 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyin isə tədbirdə təkliflə çıxış etdi:
 
“Bu tədbirin sonunda partiya adından tədbirlə bağlı ölkə başçısına bəyanatla müraciət etmək lazımdır”.
 
ADP sədri Sərdar Cəlaloğlu islam dünyasında yaranmış problemlərin ortaya çıxma səbəbini diqqətli şəkildə araşdırmağın gərəkliyindən danışdı.
 
AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bütün insansevərləri, azadlıqsevərləri Qüds Günündə mübarizəyə səslədi.
 
Konfransda iştirak edən digər qonaqlar da bu günün əhəmiyyətini vurğuladılar.(islaminsesi)
 
 
 

hzr

SAM 7256

SAM 7281

SAM 7265

SAM 7342

SAM 7472

SAM 7478

SAM 7420

SAM 7407

SAM 7276

SAM 7365

SAM 7501

SAM 7321

SAM 7330

SAM 7510

SAM 7359

 

SAM 7387

 

Google+ WhatsApp ok.ru