Elçin Sadıqovun fərdi vəkillik fəaliyyəti ilə məşğul olması qadağan edilib 26 Sentyabr 2020 16:45 Xəbərlər Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqova töhmət verib. Bundan başqa, onun fərdi vəkillik fəaliyyəti ilə məşğul olması qadağan edilib. Sadıqovun üzərinə 14 saylı Vəkil Bürosunda işləmək öhdəliyi qoyulub. Sadıqovun Turan agentliyinə verdiyi məlumata görə, hələ 2020-ci il yanvarın 15-də ona qarşı keçmişdə ona vəkalət verən Gürcüstan vətəndaşı Leyla Canaşiyanın müraciəti əsasında intizam icraatı başlayıb. Sadıqovun sözlərinə görə, 2019-cu il iyulun 15-də o, Canaşiyanın Azərbaycanda deportasiyası haqqında qərarın ləğvinə, 2020-ci il yanvarın 8-də isə ona 1 il Azərbaycanda yaşamaq icazəsinin verilməsinə nail olub. Amma bu qadın ondan Vəkillər Kollegiyasına guya vəkillik sənədlərinin saxtalaşdırılması haqqında şikayət verib. Sadıqov hesab edir ki, vəkillik fəaliyyəti ilə əlaqədar ona qarşı təzyiq məqsədilə bu qadından istifadə ediblər. O qeyd edib ki, 2020-ci il iyulun 30-da Yasamal rayon prokurorluğu əməllərndə pozuntu aşkar etmədiyi üçün ona qarşı cinayət işi açmaqdan imtina edib. Səbail rayon məhkəməsi 2020-ci il sentyabrın 2-də də onun əməllərində pozuntu olmadığını təsdiq edib. Bununla belə, bütün bunlardan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti qanunun aliliyi prinsipini pozaraq, ona töhmət verib və fərdi vəkillik fəaliyyəti ilə məşğul olmağı qadağan edib, üzərinə Bakıdakı 14 saylı Vəkil Bürosunda işləmək öhdəliyi qoyub. Fərdi fəaliyyət həyata keçirən vəkil öz-özünə order çıxarmaq hüququna malikdir. Büroda işlədikdə isə o, bu qurumdan order almalıdır. İstirahət günləri Büro işləmədiyi üçün istiraht günləri fəallar və jurnalistlər saxlanılarsa, Sadıqov operativ qaydada onların müdafiəsinə qoşula bilmyəcək. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarının qanunsuz olduğunu bildirib. Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən, vəkil fərdi fəaliyyət göstərmək hüququna malikdir. Sadıqov hüquqlarının bərpa edilməsinə nail olmaq niyyətindədir. Sadıqov hüquq müdafiə sahəsində ixtisaslaşır. O, bir çox siyasi məhbusların, o cümlədən məşhur siyasətçilərin, jurnalistlərin, bloger və hüquq müdafiəçilərinin vəkili olub və hal-hazırda da bəzi siyasi məhbusları müdafiə edir. Teqlər : #Elçin,#Sadıqovun,#fərdi,#vəkillik,#fəaliyyəti,#ilə,#məşğul,#olması,#qadağan,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlaya gedən yollarda İmam Hüseynin (ə) əza alayları dezinfeksiya edilir İran atəşkəsin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib Xəbərlər Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq Livan parlament seçkilərinin vaxtı açıqlanıb Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək İran prezidenti nüvə danışıqlarında Qərb ölkələrini ciddi olmağa çağırdı Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib ABŞ müdafiə naziri Gürcüstana səfər edib Moskva metrosunda 'üz tanıma sistemi ilə ödəniş' oldu Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb Oktyabrın 18-dən hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ Şəhidimiz bu gün dəfn olunacaq - FOTO Livan Ali Müdafiə Şurasının təcili iclası çağırılıb Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır - FOTO Peşə təhsili üzrə ixtisasların sayı artırılıb Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO Norveçdə yeni baş nazirin adı məlum oldu Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Samirra İmam Həsən Əskərinin (ə) şəhadətinə hazırlaşır - FOTO Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı Norveçin Baş naziri və hökuməti istefa verib Qırğızıstana yeni Baş nazir təyin edilib Rusiya Dövlət Dumasına sədr seçilib 'Toyota' Ginnessin rekorduna imza atıb Əlcəzairdə 500 fransa şirkəti baykot olundu Avstriyanın yeni kansleri and içib - YENİLƏNİB Bu gündən COVID-19 pasportu olmayanlar məhkəmə binalarına buraxılmayacaq İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi - FOTO Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib Azərbaycanda bəzi universitetlərin nəzdindəki kolleclər yenidən təşkil edilir Batumidə yaşayış binası çöküb - YENİLƏNİB Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaq Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi İraq parlamenti buraxılıb Bakının 7-ci və 8-ci mikrorayonlarında su kəsiləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq Dini liderlərin VII qurultayının tarixi açıqlanıb Gürcüstan vasitəsilə Rusiyaya yük daşımalarında ləngimələr yaranıb