Elçin Şıxlı: “Gənclərin əksəriyyəti ölkəni tərk etmək haqqında düşünür”

Elçin Şıxlı: “Gənclərin əksəriyyəti ölkəni tərk etmək haqqında düşünür”

Bu gün Azərbaycanda gənclərin ümumi durumu ilə bağlı mütəxəssisələr o qədər də müsbət fikirlər səsləndirmir. Belə ki, ölkə gəncliyinin potensialı öz gücündə istifadə edilmir. Bir çox cavan öz potensialını lazım olan yerlərdə deyil, tam fərqli sahələrdə təcrübədən keçirməyə məcbur olur. Bu da gənclərə stimul vermir ki, elmi istiqamətdə addımlarını daha da sürətləndirsinlər.
 
“Ayna.az” saytının baş redaktoru Elçin Şıxlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ümumi olaraq gənclərimizdə çox böyük elmi potensial var: “Ölkə gəncliyində potensialın olduğunu inkar etmək mümkün deyil. Ölkədən kənarda oxuyanlar var, əgər ölkə gəncliyində elmi potensial olmasaydı, onlara müxtəlif ölklərdən təkliflər gəlməzdi, elə gənclərimiz var ki, bir neçə dildə rahat danışır və onlara xaricdən cəlbedici təkliflər gəlir. Yəni, ümumi olaraq gənclərimizdə çox böyük elmi potensial var. Amma bu potensialdan istifadə edilməsi sıfır həddindədir. Təəssüf ki, bu gün ölkədə hansı gənci, orta yaşlı insanı danışdırırsansa deyir ki, ölkəni tərk etmək istəyir. Səbəbi haqqında soruşduqda deyir ki, özünü Azərbaycanda tapa bilmir. Öz elmi bacarığından tam olaraq istifadə edə bilmir. Korrupsiya, qohumbazlıq, dostbazlıq və s. elmi potensialı olan gənclərin lazım olan yerlərdə fəaliyyət göstərməsinə maneə yaradır. Düşünürəm ki, ölkə gəncliyi çox istedadlıdır, amma bu istedadı ortaya çıxartmaq üçün ölkədə münbit mühit yaradılmır.
 
Ölkədə sistem elə qurulub ki, bundan başqa idarəçilik zatən düşünülə bilməz. Məsələn bir bacarıqsız şəxs gəlib müəyyən postda oturur. O da, öz səviyyəsinə uyğun olan şəxsləri ətrafına yığır. Nəticəsində də bu gün müşahidə edilən durum yaşanır. Əgər yüksək postda oturan şəxs ətrafına heç olmasa 10 nəfərdən bir-iki nəfər layiqli kadr götürsə problem bu dərəcədə şişməzdi".
 

Google+ WhatsApp ok.ru