Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: «Əgər doğruçusunuzsa, bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin».
Dedilər: «Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!» ("Bəqərə" surəsi 32)

İmam Sadiq (ə) buyurur:
“Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”



ELMİ KƏŞF VƏ İXTİRA MÜƏLLİFLƏRİ QİYAMƏT GÜNÜ MÜKAFATLANDIRILACAQMI?

Tarix : 23-10-2017 14:20

Sual: Nəzərə alsaq ki, Edissonun elektriki, Qalileyin teleskopu ixtira etməsi bəşəriyyət üçün xidmətdir, qiyamət günü onlar bu xidmətlərinə görə mükafatlandırılacaqlarmı? Yoxsa, bu alimlər müsəlman olmadıqları, son dinə iman gətirmədikləri üçün əliboş qalacaqlar?

Cavab: Bu mövzuda İslamın məntiqini açıqlamazdan qabaq, uyğun mövzu ilə bağlı bəzi baxışlara nəzər salaq:

1. Bəziləri təsəvvür edirlər ki, cəmiyyət üçün faydalı olan bütün əməllər Allah qarşısında dəyərləndiriləcək. Onların nəzərincə, cəmiyyətə xidmət baxımından müsəlmanlarla qeyri-müsəlmanlar arasında heç bir fərq yoxdur. Allah ədalətli olduğu üçün bəndələrinin xidməti arasında fərq qoymur. Onlar deyirlər ki, Allaha imanın, son Peyğəmbərə (s) etiqadın yaxşı əmələ heç bir dəxli yoxdur. Bir iş cəmiyyətə xeyirlidirsə, onun mükafatı var. Bu işi görənin müsəlman və ya qeyri-müsəlman olması əhəmiyyətli deyil.

2. Başqa bir qrupun fikrincə, iman gətirməmiş insanın əməlləri puçdur və bu əməllər üçün mükafat nəzərdə tutulmur. Onlar belə düşünürlər ki, düzgün əqidədə olmayan insanın yaxşı əməlləri puç olasıdır.

Əslində isə, bir-biri ilə ziddiyyət təşkil edən bu iki baxışın hər ikisi yanlışdır. Üçüncü baxış daha məntiqli görünür. Üçüncü baxışa əsasən, bütün yaxşı işlərin iki yönü var: 1. İnsanın özünə aid olan fərdi mənafe; 2. Bütün bəşəriyyətə aid olan ictimai mənafe.

Əgər alim və ixtiraçı üzücü zəhmətlərə dözüb yenilik yaradarkən, məqsədi bu olarsa ki, şan-şöhrət qazansın və ya öz kəşfindən böyük gəlir götürsün, onun qiyamətdə heç bir mükafatı yoxdur. Çünki bu insanların məqsədi Allah və cəmiyyəti razı salmaq olmamışdır. Onlar yalnız şan-şöhrət və var-dövlət haqqında düşünmüş, gecə-gündüz tər axıdaraq, bu yolda çalışmışlar. Yox əgər alimin məqsədi bəşəriyyətə xidmət göstərmək, onlara xeyir vermək olmuşsa, onun Allah qarşısında mükafatı vardır. Allah adildir və bütün yaxşı işləri mükafatlandırır.

İslami hədislərdə oxuyuruq ki, heç bir səmavi dinə inanmamış, bütpərəst olmuş Hatəm Tai məhrumlara daim əl tutduğu üçün qiyamət günü münasib bir mükafat alacaqdır. (“Səfinətul-bihar”, 1-ci cild, səh.607.)

Demək, alimin mükafatlandırılmasında onun niyyəti mühüm rol oynayır. Əgər o, öz şəxsi mənafelərinə görə çalışmısa, qiyamətdə heç bir mükafatı yoxdur. Əgər alimi üzücü zəhmətlərə vadar edən, bəşəriyyətə xeyir vermək amalıdırsa, onun Allah dərgahında mükafatı var. Elə alimlər var ki, bəşəriyyətə qarşı təhlükəli silah hazırlamaq üçün onlara yaxşı pul verilsə, əvvəlki işlərini buraxıb uyğun cinayətə qatılarlar. Elə alimlərin Allahdan əvəz istəməyə haqqı yoxdur. Hətta pis niyyətlərinə görə onların cəzası daha da şiddətli ola bilər. Amma bəzi insanlar bəşəriyyətin xoşbəxtliyi xatirinə öz maddi mənafeyindən keçir. Şübhəsiz ki, cəmiyyətə xidmət üçün üzücü zəhmətlərə qatlaşan insanlar öz zəhmətlərinin mükafatını alasıdır. (“Pasox be poseşhaye məzhəbi” – Dini suallara cavablar, müəllif: Ayətullah Məkarim Şirazi və Ayətullah Cəfər Sübhani, səh.261-263.) (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 12:16