ELM SAHİBLƏRİNİN ƏN BÖYÜK PEŞMANÇILIĞI

ELM SAHİBLƏRİNİN ƏN BÖYÜK PEŞMANÇILIĞI

-- Alimlər iki dəstədirlər...

Qurani-Kərimdə göstərilən qiyamət səhnələrindən biri budur ki, sanki cənnət yuxarı, cəhənnəm isə aşağı məkanda qərar tutmuş kimi, cənnət əhli cəhənnəm əhlini yüksəkdən müşahidə edər və bir-biri ilə söhbət edərlər. Qurani-Kərimin təbiri belədir ki, bəzən cənnət əhli cəhənnəm əhlindən söz soruşub cavab alar. Bəzən də əksinə, cəhənnəm əhli cənnət əhlindən söz soruşub cavab alarlar. “Əraf” surəsinin 14-cü ayəsində buyurulur:

وَ نَادى أَصْحابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنا مَا وَعَدَنا رَبُّنا حَقًّا فَهَلْ وَجَدْتُم مَّا وَعَدَ رَبُّكُمْ حَقّاً قالُوا نَعَمْ فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ أَن لَّعْنَةُ اللّهِ عَلَى الظّالِمينَ

“Behişt əhli cəhənnəm əhlini səsləyib deyərlər ki, bizə (Peyğəmbərdən) verilmiş vədə (cənnətdə olacağımız dərəcə) doğru çıxdı. Sizə necə? Allahın sizə verdiyi vədə doğru çıxdımı? Onlar deyərlər: “Bəli (biz öz haqqımıza çatdıq). Bu zaman onların arasından bir nəfər nida edər: “Allah zalımlərə lənət eləsin.”

Peyğəmbəri-Əkrəmin (s) Əbuzər Qifariyə nəsihətində cənnət əhlinin cəhənnəm əhlindən bir dəstə ilə söhbəti haqda belə buyurulur:

يا اَباذَرٍّ؛ يُطْلِعُ قَوْمٌ مِنْ اَهْلِ الْجَنَّةِ عَلى قَوْم مِنْ اَهْلِ النّارِ، فَيَقُولُونَ: ما اَدْخَلَكُمُ النّارَ وَ قَدْ دَخَلْنا الْجَنَّةَ بِفَضْلِ تَاْديبِكُمْ وَ تَعْليمِكُمْ؟ فَيَقوُلوُنَ: اِنّا كُنّا نَأْمُرُ بِالْخَيْرِ وَ لا نَفْعَلُهُ.

“Ey Əbuzər! Qiyamət günü bir dəstə cənnət əhli cəhənnəm əhlindən bəzilərini görüb soruşarlar: “Necə oldu ki, siz cəhənnəmə düşdünüz? Halbuki biz sizin tərbiyənizin və elminizin bərəkəti sayəsində cənnəti qazanmışıq. Onlar (həsrət peşmançılıqla) deyərlər: “Biz başqalarını yaxşı əməllər görməyə dəvət edirdik, lakin özümüz öz dediklərimizə əməl etmirdik. Sizi yaxşı işlər görməyə dəvət edirdik, lakin özümüz ondan uzaq gəzirdik. Sizi müstəhəb əməllər görməyə təşviq edirdik, lakin özümüz əməl etmirdik. Sizi qeybətdən, günahdan çəkindirirdik, amma özümüz günaha batırdıq. Sizlər bizim dediklərimizə qulaq asıb əməl etdiniz və bu yerə gəlib çıxdınız. Lakin biz bu qədər elmə əməl etmədik, axırımız da bədbəxtlik və rəzillik oldu. (“Əmali”, Şeyx Tusi, 2-ci cild, səh. 135-152.)

Bu həsrət və rüsvayçılıq öz elmlərinə əməl etməyənlərin aqibətidir. Aydındır ki, belə bir peşmançılıq onlar üçün ilahi əzabdan, yanmaqdan daha ağırdır. Çünki ruhi əzablar, cismani əzablardan daha yandırıcıdır. Düşmənin acı gülüşü qılınc yarasından daha yandırıcı olur. Ən dəhşətli əzab odur ki, insanın şagirdləri, mürid və tərəfdarları gəlib onun bu halına tamaşa etsinlər! Onlar cənnətdə nemət görsünlər, özü isə cəhənnəm əzabı. Onun üçün heç bir əzab olmasa belə, şagirdlərinin çatdığı neməti görmək əzab olaraq ona kifayətdir.

İmam Əli (ə) alimləri dərəcələrə ayırıb, dəstələrə bölərkən belə buyurur:

الْعُلَماءُ رَجُلانِ، رَجُلٌ عالِمٌ آخِذٌ بِعِلْمِهِ فَهَذا ناج وَ رَجُلٌ تارِكٌ لِعِلْمِهِ فَهَذا هالِكٌ وَ اِنَّ اَهْلَ النَّارِ لَيَتَأَذَّونَ مِنْ ريحِ الْعالِمِ التّارِكِ لِعِلْمِهِ وَ إِنَّ أَشَّدَ أَهْلَ النّارِ نَدامَةً وَ حَسْرَةً رَجُلٌ دَعا عَبْدَاً إِلى اللّهِ سُبْحانَهُ فَاسْتَجابَ لَهُ وَ قَبِلَ مِنْهُ فَأَطاعَ اللَّهَ فَأَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ وَ أَدْخَلَ الدّاعىَ النّارَ بِتَرْكِهِ عِلْمَهُ

“Alimlər iki dəstədirlər: Birinci dəstə öz bildiklərinə əməl edib nicat taparlar. İkinci dəstə isə elmlərinə əməl etmədikləri üçün həlak olarlar şübhəsiz, cəhənnəm əhli əməlsiz alimin pis iyindən əzab çəkər. Bilin ki, cəhənnəmdə ən peşman, ən həsrət çəkən şəxs o şəxsdir ki, başqalarını Allah yoluna dəvət edər onlar da bu dəvəti qəbul edib Allaha itaət edərlər. Sonra Allah onları cənnətə daxil edər, amma dəvət edəniöz elminə əməl etmədiyi üçüncəhənnəmə atar.” (“Biharul-ənvar, cild 2, səh.34.)

“Hədisi-qüdsi”də Allah-Taala həzrət Davuda (ə) xitab edərək buyurur:

إِنَّ أَهْوَنَ ما أَنَا صانِعٌ بِعالِم غَيْرِ عامِل بِعِلْمِهِ أَشَّدُ مِنْ سَبْعينَ عُقُوبَةً أَنْ أُخْرِجَ مِنْ قَلْبِهِ حَلاوَةَ ذِكْرى...

“Əməlsiz alimə verəcəyimiz ən kiçik əzabımız yetmiş əzabdan daha ağır olacaqdır. O da budur ki, münacatımın şirinliyini onun ürəyindən xaric edərəm. Bundan sonra bir heç vaxt Məni yad etməkdən ləzzət ala bilməz.” (“Biharul-ənvar, cild 2, səh.32.)

(Maide.Az)

 

 

Google+ WhatsApp ok.ru