Elman Rüstəmov manatdan danışdı

Hökumətin açıqlamasında qarşıdakı 4 ildə Azərbaycan manatının dollar və avroya nisbətdə orta illik məzənnəsinin sabit qalacağı bildirilib.
 
2016-cı il dövlət büdcəsi zərfində qeyd olunur ki, qarşıdakı 4 il ərzində 1 dollar 1 manat 5 qəpik, 1 avro isə 1 manat 13 qəpik civarında qalacaq.
 
Amma bu proqnozlar Azərbaycandakı iqtisadi prosesləri izləyən bəzi beynəlxalq maliyyə qurumlarının fikirəri ilə heç də üst-üstə düşmür. Məsələn, Asiya İnkişaf Bankı hesab edir ki, Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər.
 
Asiya İnkişaf Bankı qeyd edir ki, Azərbaycanın valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu isə Azərbaycan Mərkəzi Bankının devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.
 
Amma Mərkzi Bankın sədri Elman Rüstəmov narahatlığa əsas görmür: “Valyuta bazarında sakitlik hökm sürür. Narahatçılıq üçün bu gün heç bir əsas yoxdur”.
 
Uzun illərdir möhkəmliyini saxlayan manat sonuncu dəfə fevral ayında devalvasiyaya uğradı. Həmin vaxt manat dollar və avroya nisbətdə 30 faizdən çox dəyərini itirmişdi. /

Google+ WhatsApp ok.ru