Elmar Məmmədyarov: Paşinyanın təklifləri sülh prosesini öldürməyə yönəlib

Elmar Məmmədyarov: Paşinyanın təklifləri sülh prosesini öldürməyə yönəlib

-- Bundan sonrakı danışıqlara gəlincə isə

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın yeni Baş naziri Nikol Paşinyanın danışıqlar masasında Dağlıq Qarabağ ermənilərinin iştirak haqda bəyanatına reaksiya verib.
 
Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın erməni separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi ilə bağlı istəyi sülh prosesini öldürməyə yönəlib.
 
E.Məmmədyarov bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə keçirdiyi görüşü zamanı müzakirə etdiyini də vurğulayıb:
 
“Mən həmsədirlərlə görüşdə birmənalı şəkildə qeyd etdim ki, ermənilərin belə bir istəyi sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. Bundan sonrakı danışıqlara gəlincə isə, həmsədrlər Ermənistana səfər etməlidirlər və yeni hakimiyyətlə tanış olmalıdırlar. Bundan sonra danışıqlarla bağlı yeni mərhələ müzakirə oluna bilər”. (meydan.tv)
 

Google+ WhatsApp ok.ru