Elmar Məmmədyarov: “Azərbaycan konkret vaxt qrafiki çərçivəsində sülh sazişi üzərində işə başlamağa hazırdır” 13 Mart 2015 02:00 Ölkə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valteri qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir konkret vaxt qrafiki çərçivəsində Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu qeyd edərək, Ermənistanın qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirdiyini və münaqişənin həllinə maneə olduğunu diqqətə çatdırıb. / Teqlər : #Elmar Məmmədyarov: Azərbaycan konkret vaxt qrafiki çərçivəsində sülh sazişi üzərində işə başlamağa hazırdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Polis 15 mart mitinqinin təhlükəsizliyinə təminat verdi Milli Şura `Talana Son` mitinqi keçirdi - FOTO