Elmar Məmmədyarov Azərbaycanın Riqa sammitinin Bəyannaməsində etiraz etdiyi məsələləri açıqlayıb 23 May 2015 01:00 Siyasət Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitində Azərbaycanla bağlı baş verənlərə aydınlıq gətirib. APA-nın məlumatına görə, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü birmənalı dəstəklədiyini xatırladan nazir sammitdə mübahisənin nədən ibarət olduğunu açıqlayıb: “Biz bildirdik ki, bizim üçün münaqişənin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır. Bununla belə, sonda razılıq əladə olundu ki, Azərbaycan da Bəyannaməni imzalasın, ancaq xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Naziriliyi olaraq xüsusi bəyanat göndərəcəyik ki, Azərbaycan bu münaqişənin həllini necə görür. Bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq”. E. Məmmədyarov sammiti yarımçıq tərk etməsi barədə məlumatlara da aydınlıq gətirib: “Belə bir şey olmayıb. Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi”. Teqlər : #Elmar Məmmədyarov Azərbaycanın Riqa sammitinin Bəyannaməsində etiraz etdiyi məsələləri açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yerevanla Minsk Krım haqda frazaya görə Riqa kommünikesindən imtina ediblər Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 30-da mitinq keçirməsinə razılıq verib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video