Elmar Məmmədyarov Moskvaya səfər edəcək

Elmar Məmmədyarov Moskvaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri aprelin 5-də Moskvaya səfər edəcək.
 
Maide.Az bildirir ki, bu barədə ONA-nın Moskva müxbirinə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib. Bildirilib ki, aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının görüşü keçiriləcək. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.
 
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində  baş tutacaq. Nazirlərin görüşündə 10 məsələ müzakirəyə çıxarılacaq. Nazirlər beynəlxalq gündəmdə olan aktual məsələlər və birlik formatında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Bundan əlavə nazirlər MDB dövlət başçılarının İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağlı bəyanat layihəsini müzakirə edəcəklər.
 

 

Google+ WhatsApp ok.ru