Elmar Vəliyev prezidentin müşavirinə sayğısızlıq edib?

Gəncə şəhər İcra Hakimiytəti başçısının müavini, YAP-ın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin köməkçisi musavat.com saytının redaksiyası ilə əlaqə saxlayaraq, saytda yer almış xəbərin həqiqətə uyğun olmadığını bildirib.
 
Xəbərdə bildirilirdi ki, şəhərə səfər edən dövlət müşaviri Kamal Abdullanın İH başçısı tərəfindən layiqincə qarşılanmayıb. 
 
Sözü gedən materialda qeyd olunurdu: "Gəncəyə səfəri zamanı isə icra hakimiyyətinin başçısı Elmar Vəliyev onunla görüşməyib və dövlət müşavirinin iştirakı ilə keçirilən tədbirə birinci müavinini göndərib. K.Abdulla isə bunu sayğısızlıq kimi qəbul edərək tədbiri yarımçıq tərk etmək istəyib. İcra başçısının birinci müavini və digər şəxslər ona minnətçi düşərək tədbirdə sonadək iştiraka razı sala biliblər. Amma hətta K.Abdullanın bu cür açıq etirazından sonra belə E.Vəliyev onunla görüşməyib. K.Abdulla tədbir bitən kimi bir daha bu məsələyə öz etirazını bildirib və dərhal Gəncəni tərk edib.
 
Məlumatı verən mənbə bildirir ki, Kamal Abdulla E.Vəliyevin bu davranışı ilə bağlı Prezident Administrasiyası rəhbərliyinə şikayət edib. O, dövlət müşavirinə qarşı belə bir sayğısızlığın yolverilməz olduğunu bildirib". 
 
İH başçısının müavini isə bildirir ki, xəbər həqiqətə uyğun deyil, hətta iftiradır.
 
Onu da qeyd edək ki, xəbəri redaksiyaya verən mənbə onun doğruluğu üzərində israr edir.

Google+ WhatsApp ok.ru