Elmar Vəliyevin Aşura düşmənçiliyi davam edir – Məscidlər qapadılıb

Elmar Vəliyevin Aşura düşmənçiliyi davam edir – Məscidlər qapadılıb

Gəncə məscidləri şəhər rəhbərliyi tərəfindən iki günlük bağladılıb
İslaminSesi xəbər verir ki, Məhərrəm ayının doqquzuncu və onuncu günləri Həzrəti Hüseynin(ə) matəmi münasibətilə məscidlərə axışan insanları şəhər rəhbərliyi şəhərdən 7 km aralıda yerləşən İmamzadə türbəsinə yönəldib.
 
Şəhər rəhbərliyi heç bir məhdudiyyətin olmamasını, əksinə İmamzadə kompleksində hər cür şəraitin təmin edildiyini, şəhər sakinləri üçün ödənişsiz avtobusların ayrıldığını desə də, bu addım birmənalı qarşılanmır.
 
Adının açıqlanmasını istəməyən şəhər sakini bildirir ki, hər bir halda belə hallar anormaldır. Məscidlər həm də namaz qılmaq üçündür. Belə olan halda insanların məscidlərdə namaz qılması üçün də məhdiyyət qoyulmuş olur. Bu açıq görünür ki, ölkənin heç bir yerində belə qadağa tətbiq olunmur. Bu hal həm də şəhər icra başçısı Elmar Vəliyevin dinə islamafobik baxışından qaynaqlanır. Keçirtdiyi iclaslarda və şəhər axundlarıyla davranışlarında da bu aydın şəkildə sezilir.
 

Google+ WhatsApp ok.ru