Elmi olimpiadalarda medal qazanan bir qrup gənc Ayətullah Xamenei ilə görüşüb

 İranın daxilində  və beynəlxalq elmi olimpiadalarda medal qazanan bir qrup bəsic  (İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) könüllülər qüvvəsinin üzvləri) Ali Lider Ayətullah Xamenei ilə görüşüb.
Maide.az xəbər verir ki, Ayətullah Xameneinin imamətliyi ilə qılınan günorta və əsr namazından sonra baş tutan bu görüşdə elmi olimpiadaların medalçıları riyaziyyat, fizika və kompüter sahələrində qazandıqları 22 medalı Ayətullah Xameneiə təqdim ediblər. 
Ayətullah Xamenei  bu günki  görüşdə gənc medalçıları alqışlayaraq yüksək elmi nailiyyətlərin qazanılmasını inqilab övladlarının elmi istedadı və irəliləyişlərinin nişanəsi adlandırıb və deyib ki, bu nişanələr və irəliləyişlər İranın qüdrəti və daxili iqtidarını artıran məsələdir. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru