Elvin Mürvətoğlu 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub

Elvin Mürvətoğlu 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub

Şair Elvin Muradov (Mürvətoğlu) bugün, sentyabrın 25-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

 
Bu barədə AzadlıqRadiosuna Elvin Mürvətoğlunun yaxınları məlumat verib.
 
Onların sözlərinə görə, hakim Tural Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə Elvin Mürvətoğlu özünü təqsirli bilməyib.
 
İnanclı fəal, şair Elvin Mürvətoğlunu polis bu il martın 13-də saxlamışdı.
 
Martın 14-də onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
 
Elvin Mürvətoğlu Cinayət Məcəlləsinin (CM) 228.1-ci (Qanunsuz odlu silah saxlama) maddəsi ilə ittiham edilib.
 
Yaxınları isə bildirmişdilər ki, o, martın 13-də məscidə cümə namazı qılmaq üçün gedəndən sonra yoxa çıxıb.
 
Elvin Mürvətoğlunun yaxınları ittihamı qəbul etmirdilər və bunun uydurma olduğunu bildirirdilər. Onların iddialarına görə, Elvin Mürvətoğlu ilahiyyatçı Taleh Bağırova həsr etdiyi mahnı oxuduğuna görə həbs olunub.

Google+ WhatsApp ok.ru