Emin Hüseynovdan xəbər var

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov şəxsi elektron poçtu vasitəsilə mediaya bəyanat ünvanlayıb.

Aktual.az xəbər verir ki, Emin Hüseynov bəyanatında jurnalist Xədicə İsmayılı müdafiə edərək ona qarşı olan təzyiqlərə son qoyulmasını tələb edib.

Xatırladaq ki, avqustun 8-də polis və mülkigeyimlilər RATİ-nin  ofisində axtarış aparıb. Ofisdəki kompüter və sənədlər götürülüb. Avqustun 11-də prokurorluq əməkdaşları ofisin qapısını möhürləyib. Bundan sonra "yoxa çıxan" Emin Hüseynov və qardaşı Mehman Hüseynovun harada olduğu bilinmir./

 

Google+ WhatsApp ok.ru