Çempionlar Liqası: ¼ mərhələsinin ilk oyunlarına yekun vurulub - VİDEO

Çempionlar Liqası: ¼ mərhələsinin ilk oyunlarına yekun vurulub - VİDEO

Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 3 oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, Dortmundda baş vermiş partlayış səbəbindən bir gün sonraya təxirə salınan “Borussiya” – “Monako” matçı ilə yanaşı “Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) və “Bavariya” (Almaniya) – “Real” (İspaniya) görüşləri də keçirilib.
 
Meydana ilk olaraq “Borussiya” və “Monako” çıxıb. Mövsümün sürpriz komandası “Monako” 1/8 final mərhələsində gözlənilmədən “Mançester Siti”ni üstələmişdi. Hazırda əla formada olan Knyazlıq klubu “böyük beşlik” almanları da məyus edib. Fransızlar səfərdən 3:2 hesablı qələbə ilə dönüblər.
 
Daha sonra isə günün proqram üzrə baş tutmalı olan iki qarşılaşması oynanılıb. Çempionlar Liqasının son finalçısı “Atletiko” İngiltərə çempionu “Lester”i sınağa çəkib. Ötən həftə La Liqada “Real”dan səfərdə xal alan “Atletiko” doğma meydanda minimal hesablı qələbəyə sevinib. Yeganə qolu Qrizman vurub.
 
Daha bir finala bərabər oyun isə “Bavariya” ilə “Real” arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. "Bavariya" hesabı açıb ilk hissəni öndə başa vursa da, sonradan üstünlüyünü qoruya bilməyib. Kristiano Ronaldo 47 və 77-ci dəqiqədə dubl edərək komandasının səfərdən qələbə ilə dönməsini təmin edib. /
 
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
12 aprel
 
“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa) - 2:3
Qollar: Dembele, 57, Kaqava, 84 - Mbappe, 19, 79, Bender, 35 (öz qapısına)
 
“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə) - 1:0
Qol: Qrizman, 27 (pen.)
 
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
Qırmızı vərəqə: Xavi Martinez, 61 ("Bavariya")
Qollar: Vidal, 25 - Ronaldo, 47, 77

Атлетико - Лестер 1:0. Обзор матча. Лига чемпионов 2016/17. 1/4 финала. 1-й матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Боруссия Д - Монако 1:3. Обзор матча. Лига чемпионов 2016/17. 1/4 финала. 1-й матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Бавария - Реал Мадрид 1:2. Обзор матча. Лига чемпионов 2016/17. 1/4 финала. 1-й матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Google+ WhatsApp ok.ru